Qubada “Dini radikalizmin qarşısının alınmasında ənənəvi islami dəyərlərin rolu" mövzusunda tədbiri keçirilib

Press-relizlər / 10.12.2016 / 11:46

Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Quba rayon Zizik kənd məscidi dini icmasının təşkilatçılığı ilə Quba rayonunun Zizik kənd məscidində “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği” adlı layihə çərçivəsində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi islami dəyərlərin rolu” adlı tədbir həyata keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov və Zizik kənd sakinləri iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxışında dövlətin dini icmalara göstərdiyi qayğınıdan,  Azərbaycanda dövlət – din münasibətlərinin ən yüksək səviyyədə olduğundan bəhs edib. O, bildirib ki, aparılan ideoloji işin nəticəsi olaraq insanlar arasında qeyri-ənənəvi dini təriqətlərə meyillənmə halları azalıb.
Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov Azərbaycan dövlətinə və xüsusən möhtərəm Prezident İlham Əliyevə minnətdarlığını bildirərək qeyd edib ki, dini icmalara göstərilən qayğı onlarda ruh yüksəkliyi yaradır və dövlətə olan inamı daha da möhkəmləndirir. O bildirib ki, Azərbaycanda mövcud olan tolerant mühit dünya dövlətləri üçün nümunə rolunu oynayır və dünyanın aparıcı dövlətlərinin maraq mərkəzindədir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq həyata keçirilir.

 
 
  


Son baxılan xəbərlər

Səyavuş Heydərov: "Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir"

Xəbərlər
01.10.2019 / 11:05
Ətraflı oxu

Nizami rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
30.05.2019 / 15:55
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 14:03
Ətraflı oxu

Dini ekstremizm ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir

Press-relizlər
11.09.2018 / 11:02
Ətraflı oxu

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

Xəbərlər
29.12.2020 / 15:03
Ətraflı oxu

Xətai məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
15.11.2017 / 16:06
Ətraflı oxu