Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin məlumatı

Açıqlama / 07.12.2016 / 19:19

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Azərbaycan  Dövlət Neft  və Sənaye Universitetində “Fitnə” sənədli filminin nümayişindən sonra tələbələrin suallarına cavab olaraq, ali təhsil ocaqlarında namaz otaqlarının yaradılması ilə  bağlı söylədiyi fikirlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə təhrif olunaraq mahiyyətinə zidd formada təqdim edilib. Belə ki, Mübariz Qurbanlı ali təhsil ocaqlarında namaz otaqlarının yaradılması ilə bağlı suala cavab olaraq bildirib ki, bu, həm dünyəvi dövlətin qanunları, həm də praktiki baxımdan qeyri-mümkündür. Çünki ali təhsil məktəblərində namaz otaqları yaradılacağı təqdirdə ayrı-seçkilik olmaması üçün digər dinlərin nümayəndələrinə də ibadət otaqları ayrılmalıdır. Bu isə təhsil ocağında müxtəlif dini konfessiyalara məxsus ibadət evlərinin yaradılması demək olardı. Universitetlərin əsas məqsədi ali təhsil vermək, tələbələrin məqsədi isə təhsil almaqdır. İbadət etmək üçün məktəbə yox, məscidə getmək lazımdır.
Tələbələrin ibadət etməsinə gəlincə, bu, hər kəsin şəxsi işidir. Heç kim hansısa tələbənin ibadət etməsinə mane ola bilməz. Hər kəs inancında və ibadətində azaddır. Lakin kimlərsə ali məktəblərdə namaz otağı yaradılacağını və orada birgə (camaat halında) namaz qılınacağını düşünürsə, bu, mümkün deyildir. Camaat namazları yalnız məscidlərdə qılına bilər. Eyni zamanda, namaz vaxtı dərs saatlarına təsadüf etdikdə bu, dərs prosesinin pozulması ilə nəticələnməməlidir.
Təəssüf ki, özünü ilahiyyatçı adlandıran bəziləri məsələnin mahiyyətinə varmadan sosial şəbəkələrdə məsuliyyətsiz çıxışlar edirlər.  

Son baxılan xəbərlər

Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib

Press-relizlər
15.05.2018 / 10:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni ...

Xəbərlər
26.11.2018 / 15:45
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
17.10.2019 / 17:28
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək

Xəbərlər
19.07.2019 / 11:53
Ətraflı oxu

Quba rayonunda “Vətəni sevmək imandandır” adlı tədbir keçirilib

Press-relizlər
06.03.2018 / 16:13
Ətraflı oxu

Şəmkir sərhəd dəstəsində hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər
28.08.2018 / 14:48
Ətraflı oxu