Azərbaycan tolerantlıq nümunəsidir

Multikulturalizm / 16.11.2016 / 15:33

 Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində (MMTƏM) “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, şərqşünas alim, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri iştirak ediblər.
Fonddan bildiriblər ki, tədbirdə MMTƏM-in direktoru Əhməd Sami Elaydi Azərbaycanda yaşadığı müddətdə qarşılaşdığı isti, mehriban münasibətdən, şahidi olduğu tolerant mühitdən söz açıb. Vurğunlanıb ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olaraq multikultural ənənələrə sadiqliyini daim nümayiş etdirib.
Bilik Fondunun Beynəlxalq Tolerantlıq Günü ərəfəsində ölkəmizin müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlərdən danışan O.Səmədov diqqətə çatdırıb ki, tolerantlıq Azərbaycanın ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatıdır. Tolerantlıq, həmçinin xalqımızın genetik yaddaşında kök salmış bir dəyərdir.
Müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində yaşadığını bildirən V.Məmmədəliyev qeyd edib ki, ölkəmizdə onların hər birinə hörmətlə yanaşılır. O deyib: “Azərbaycan xalqının xəmiri qonşularına məhəbbətlə, başqa xalqların və dinlərin nümayəndələrinə hörmətlə yoğurulub. Artıq beynəlxalq ictimaiyyət də Azərbaycanın multikultural ənənələrinin nümunə olduğunu etiraf edir”.
Tədbirdə çıxış edən A.Məmmədov tolerantlıq ənənələrini azərbaycançılıq ideologiyasının əsas dayağı kimi dəyərləndirib. Bildirilib ki, sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir. Multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə tarixən tolerant münasibət göstərilib.
Digər çıxış edənlər Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılmasında, tolerantlığın qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində gənclərin qarşısında duran vəzifələrdən söz açıblar.
Sonda “Azərbaycan tolerantlıq nümunəsidir” sənədli filmi nümayiş etdirilib.

Son baxılan xəbərlər

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.06.2019 / 16:37
Ətraflı oxu

QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Xəbərlər
04.07.2020 / 09:59
Ətraflı oxu

Qeyri-islam təmayüllü dini qurumların rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə ...

Bəyanat
06.06.2015 / 14:09
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha ...

Press-relizlər
18.10.2019 / 14:05
Ətraflı oxu

Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.12.2018 / 17:39
Ətraflı oxu

Bögələrdə dini maarifləndirmə ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
19.09.2015 / 10:10
Ətraflı oxu