Qubada keçirilən mədəniyyət festivalında ahıska türklərinin adət-ənənələri nümayiş etdirilib

Multikulturalizm / 14.11.2016 / 16:24

Qubada ahıska türklərinin mədəniyyət festivalı keçirilib.
“Bir günəşin zərrəsiyik - multikulturalizmin Quba modeli” adlı layihə çərçivəsində keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə bildirilib ki, Quba rayonunun Qaraçay kəndində yaşayan ahıska türklərinin iştirakı ilə keçirilən mədəniyyət festivalının əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində təşkil olunan layihələrə dəstək verməkdir. Layihə Qubada yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin, incəsənətinin, mətbəxinin gənc nəslə təbliğ edilməsində mühüm əhəmiyyət daşıyır.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova, ahıska türklərinin “Vətən” cəmiyyətinin Quba rayon nümayəndəsi Səlimcan Rizmanov, Qaraçay kənd tam orta məktəbinin direktoru Səlimə Nəcəfova çıxış edərək layihəyə dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürlərini bildirib, belə layihələrin təşkilinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, ahıska türkləri tarix boyu sürgünlərə məruz qalıb, uzun illər qaçqın, köçkün həyatı yaşayıblar. Azərbaycana sığınmaqla onlar özlərinə doğma bir vətən ocağı tapıblar.
Tədbirdə ahıska türklərinə məxsus mətbəx nümunələri sərgilənib, istedadlı gənclərin ifasında müxtəlif incəsənət nümunələrindən ibarət konsert proqramı təşkil edilib.
Dekabr ayına qədər davam edəcək layihə çərçivəsində Quba rayonunun Məckə-Xacə kəndində tat etnik qrupunun, Qırmızı qəsəbədə isə dağ yəhudilərinin festivalları keçirilib. Yaxın günlərdə isə rayonun Hacıqayıb kəndində ləzgilərin mədəniyyət və incəsənət festivallarının təşkil edilməsi nəzərdə tutulub.

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb

Xəbərlər
30.09.2020 / 13:39
Ətraflı oxu

"Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr" mövzusunda respublika elmi konfransı keçirilib

Press-relizlər
27.11.2020 / 10:34
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: “Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər”

Press-relizlər
10.07.2018 / 16:23
Ətraflı oxu

“Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans

Xəbərlər
29.06.2020 / 17:01
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
02.02.2018 / 15:28
Ətraflı oxu