(33).jpg&w=1200)
Press-relizlər / 15.11.2016 / 16:13
Noyabrın 15-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Səbinə Yusifova, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı Kənan Xudiyev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, məktəb direktorları, müəllimlər, gənclər və dindarlar iştirak ediblər.
Tədbiri Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səbinə Yusifova açaraq "Tolerantlıq Azərbaycanda həyat tərzidir" adlı məruzə ilə çıxış edib.
Məruzə ətrafında Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı Kənan Xudiyev “Tolerantlıq və qeyri-ənənəvi dini cərəyanlar”, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara Dövlət Komitəsinin razılığı ilə çap olunmuş kitablar və “Dövlət və din” jurnalı hədiyyə edilib.