Xətai rayonunda “Tolerantlıq-dinlər və millətlərarası dialoqun təminatçısıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 12.11.2016 / 14:20

Noyabrın 12-də Xətai rayonundakı Əhmədli məscidində “Tolerantlıq-dinlər və millətlərarası dialoqun təminatçısıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev, Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov, Mir Tağı məscidinin axundu Hacısəlim Kərimov, dindarlar, ziyalılar, gənclər və ağsaqqallar iştirak ediblər.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov “Beynəlxalq Tolerantlıq Günü”nün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini bildirib. Eyni zamanda, dövlət-din münasibətləri barədə məlumat verib, dünyada cərəyan edən proseslərdə dindən siyasi alət olaraq istifadə edilməsinin çox ağır nəticələrə səbəb olduğunu qeyd edib.
Sonra natiqlər Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıblar. Bildirilib ki, Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Tolerantlığın xalqımızın həyat tərzi olduğunu bildirən natiqlər bu nümunəvi yaşam normasının başqa millətlərin və dinlərin nümayəndələrinin iştirakı ilə ölkəmizdə keçirilən beynəlxalq forumlar və konfranslar vasitəsilə dünyaya uğurla təqdim edildiyini qeyd ediblər.
    


Son baxılan xəbərlər

Dini radikalizmlə mübarizədə din xadimlərinin rolu müzakirə edilib

Press-relizlər
07.04.2017 / 11:16
Ətraflı oxu

İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiya

İSLAM HƏMRƏYLİYİ İLİ
31.07.2017 / 16:54
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2019 / 14:58
Ətraflı oxu

İlahiyyatçı alimlər müraciət ünvanlayıblar

Xəbərlər
30.11.2015 / 19:20
Ətraflı oxu

Biləsuvarda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
16.03.2018 / 16:34
Ətraflı oxu

Mübariz Qurbanlı: “Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq”

Müsahibələr
07.12.2015 / 10:50
Ətraflı oxu