Xətai rayonunda “Tolerantlıq-dinlər və millətlərarası dialoqun təminatçısıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 12.11.2016 / 14:20

Noyabrın 12-də Xətai rayonundakı Əhmədli məscidində “Tolerantlıq-dinlər və millətlərarası dialoqun təminatçısıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev, Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov, Mir Tağı məscidinin axundu Hacısəlim Kərimov, dindarlar, ziyalılar, gənclər və ağsaqqallar iştirak ediblər.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov “Beynəlxalq Tolerantlıq Günü”nün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini bildirib. Eyni zamanda, dövlət-din münasibətləri barədə məlumat verib, dünyada cərəyan edən proseslərdə dindən siyasi alət olaraq istifadə edilməsinin çox ağır nəticələrə səbəb olduğunu qeyd edib.
Sonra natiqlər Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıblar. Bildirilib ki, Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Tolerantlığın xalqımızın həyat tərzi olduğunu bildirən natiqlər bu nümunəvi yaşam normasının başqa millətlərin və dinlərin nümayəndələrinin iştirakı ilə ölkəmizdə keçirilən beynəlxalq forumlar və konfranslar vasitəsilə dünyaya uğurla təqdim edildiyini qeyd ediblər.
    


Son baxılan xəbərlər

Yeni Azərbaycan Partiyasında “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub

Press-relizlər
11.10.2019 / 15:30
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri ilə görüşüb

Press-relizlər
03.05.2019 / 13:59
Ətraflı oxu

“Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.02.2020 / 15:29
Ətraflı oxu

Bərdədə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.03.2018 / 14:52
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu