Ağstafa rayonunda “Tolerantlıq-radikalizmə alternativ kimi” mövzusunda layihə tədbirləri davam edir

Press-relizlər / 11.11.2016 / 16:51

Noyabrın 11-də  Ağstafa rayonu,  Köçəsgər kənd  2 saylı tam orta məktəbdə Dağ Kəsəmən kənd “Eyyub ağa” dini icmasının layihəsi çərçivəsində “Dini fanatizmin və xurafatçılğın zərərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Nazilə Babanlı bildirib ki, məktəbdə daim din biliklər haqqında şagirdlərə izahatlar verilir və bu sahədə işlər aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsinin şöbə müdiri Eldəniz Vəliyev çıxışında dini xurafatçılığın və fanatizmin cəmiyyətin inkişafında yaratdığı problemlərdən danışıb.
Dağ Kəsəmən kənd “Eyyub ağa” dini icmasının sədri Hüseyn Hüseynov isə çıxışında gənclərmizin dini fanatizmə və xurafatçılığa yox, təhsilə üstünlük verilməsinin zərurətindən bəhs edib. İslam Peyğəmbəri Məhəmməd peyğəmbərin də elmə və təhsilə böyük önəm verdiyini bildirib.


    


Son baxılan xəbərlər

“Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir baş tutub

Press-relizlər
21.12.2017 / 16:07
Ətraflı oxu

Zaqatalada “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
22.02.2018 / 11:46
Ətraflı oxu

Azərbaycanda yeni “Moizələr və xütbələr” kitabı nəşr olunub

Press-relizlər
06.09.2017 / 16:59
Ətraflı oxu

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb

Press-relizlər
08.01.2020 / 09:21
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Press-relizlər
11.03.2019 / 15:29
Ətraflı oxu

Şirvanda ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər
06.12.2018 / 16:44
Ətraflı oxu