Brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının təqdimatı keçirilib

Press-relizlər / 10.11.2016 / 17:37

Noyabrın 10-da sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin brayl əlifbası ilə nəşr etdiyi “Quran hekayətləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Təhsil, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin nümayəndələri, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, məktəbin müəllim və şagird heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq respublikada dini maarifləndirmə tədbirlərinin geniş miqyasda davam etdirildiyini bildirib. Maarifləndirmə tədbirlərinin müxtəlif sahələri və qurumları əhatə etdiyini deyən Gündüz İsmayılov brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının da bu qəbildən olduğunu vurğulayıb. Dövlət Komitəsinin dini bilgilərin cəmiyyətə sağlam mənbələr əsasında çatdırılması məqsədilə bir sıra dini ədəbiyyatların nəşrini həyata keçirdiyini söyləyən sədr müavini bildirib ki, sözügedən kitab möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına nəşr edilib. Gündüz İsmayılov ötən il Azərbaycanda ilk dəfə brayl əlifbası ilə Qurani-Kərimin çap edildiyini xatırladaraq bu təşəbbüsün həm dövlətin milli-mənəvi dəyərlərimizin təbliği işinə, həm də görmə qüsuru olan vətəndaşlarımıza göstərdiyi diqqətin təzahürü olduğunu söyləyib.
Gündüz İsmayılov deyib ki, AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabı görmə qabiliyyəti məhdud və ya itirilmiş uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması üçün çox faydalı vəsaitdir. O qeyd edib ki, məqsədimiz dini radikalizmlə mübarizə aparmaqla yanaşı, milli-mənəvi, o cümlədən dini dəyərlərimizi böyüməkdə olan nəslə sağlam qaynaqlar vasitəsilə aşılamaqdır. Maarifləndirmə tədbirlərinin əsasında “Qurani-Kərim”in düzgün təbliğ olunmasının dayandığını deyən Gündüz İsmayılov müqəddəs kitabımızın elmə, təhsilə verdiyi dəyərlərdən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, brayl əlifbası ilə çap edilən kitab dinimizin təbliği baxımından çox mühüm addımdır. O, nəşrin İslamın məhz cəmiyyətin görmə qüsuru olan üzvlərinə düzgün çatdırılması baxımından təqdirəlayiq hal olduğunu deyib.
Daha sonra Təhsil Nazirliyinin şöbə müdiri Həbib Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı Tamara Mikayılova, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev çıxış edərək “Quran hekayətləri” kitabının gözdən əlil vətəndaşlarımız üçün çap edilməsini milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də görmə qüsuru olan şəxslərin təfəkkürünün formalaşması, mənəviyyatının inkişafı baxımından çox mühüm addım olduğunu deyiblər. 


Son baxılan xəbərlər

Sabirabadda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.01.2018 / 16:17
Ətraflı oxu

Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
23.10.2018 / 09:53
Ətraflı oxu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.09.2019 / 12:00
Ətraflı oxu

Bölgələrdə dini ekstremizm və radikalizmlə mübarizə məsələləri müzakirə olunub

Press-relizlər
24.02.2016 / 12:14
Ətraflı oxu

Xalqın qürur və iftixar mənbəyi

Xəbərlər
12.12.2019 / 10:15
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
18.01.2018 / 17:37
Ətraflı oxu