Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcək”

Açıqlama / 30.09.2016 / 12:13

"Məhərrəm ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir".

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişikliklərlə artıq bu hallara yol verilmir.
M.Qurbanlı əlavə edib ki, bütün dini tədbirlər məscidin içərisində və əhatəsində olmalıdır: "O cümlədən, müxtəlif dini atributları da nümayiş etdirmək olmaz. Bu, yalnız məscidin daxilində olmalıdır. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Biz bu barədə geniş izahat işi aparmışıq. Şənbə günü bizim bölgə şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirəcəyik. Burada da yenə tapşırıqlar veriləcək. O cümlədən, gələn həftə Şeyxülislam Allahşükür Paşazadə ilə birgə Lənkərana birgə səfərimiz olacaq. Biz orada bu məsələləri bir daha müzakirə edəcəyik".
M.Qurbanlı qeyd edib ki, Məhərrəm ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası fətva verib: "Fətvada birmənalı göstərilib ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Eyni zamanda, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin tətbiq və təqdim etdiyi təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki ölkəmizdə QMİ-nin tərtib etdiyi təqvim məscidlərə aiddir. Məzhəbindən asılı olmayaraq, bütün məscidlər bu təqvimlərə əməl etməlidirlər. Komitənin yerlərdə olan şöbələri buna əməl edilməsi ilə əlaqədar monitorinqlər keçirəcəklər. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək".
    

Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
28.08.2019 / 12:20
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
19.06.2017 / 17:06
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti müzakirə olunub

Press-relizlər
14.08.2017 / 10:43
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyanda tədbir keçirilib

Press-relizlər
07.06.2016 / 09:43
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.05.2019 / 15:00
Ətraflı oxu

Prezident İlham Əliyevin andiçmə mərasimi olub

Xəbərlər
18.04.2018 / 14:21
Ətraflı oxu