Saatlıda “Sülh aylığı” çərçivəsində “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər / 02.09.2016 / 16:07

Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Saatlı rayon  Varxankənd  “Cümə” məscidində  dini icma sədrlərinin və dindarların iştirakı ilə respublikamızda elan edilmiş “Sülh aylığı” çərçivəsində “İslam dini sülh dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin məsləhətçisi Elvin İbrahimov, Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasının sədri  Yadigar Aslanov, din xadimləri və dindarlar iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən sülh və dözümlülük və milli-mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq Sərəncamını əldə rəhbər tutaraq bölgəyə daxil olan rayonlarda  maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Daha sonra çıxış edən Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasının sədri  Yadigar Aslanov İslamın sülh və sevgi dini olduğunu, İslam tarixində dahi şəxsiyyətlərin sülh və barışa hörmətlə yanaşdıqlarını, bu gün dünyada baş verən proseslərdə İslam dininin mövqeyi barədə danışıblar.
Qeyd olunub ki, sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunmasında cənab Prezidentimizin xüsusi xidmətləri var və bunu dünya dövlətləri də dəyərləndirirlər. İşğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması istiqamətində atılan addımlar da dövlətimizin sülhə, barışa olan mövqeyidir.
Sonda din xadimləri qeyd ediblər ki, bu gün rayon məscidlərində Cümə xütbələri “İslam dini sülh dinidir” mövzusunda olacaq.  


Son baxılan xəbərlər

Vətəni sevmək imandandır

Press-relizlər
04.04.2018 / 17:09
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər
31.05.2020 / 14:29
Ətraflı oxu

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Multikulturalizm
16.10.2018 / 10:34
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.07.2018 / 12:38
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Xəbərlər
14.08.2020 / 11:59
Ətraflı oxu