Ravvin Abraham Kuper Azərbaycanda multikulturalizmin və tolerantlığın əhəmiyyətini qeyd edib

Multikulturalizm / 24.08.2016 / 12:21

Amerikada çıxan “The Huffington Post” nəşrində ABŞ-dakı Simon Vizental mərkəzinin rəhbərinin müavini Abraham Kuperin “Dünyəvi müsəlman cəmiyyətində çoxkonfessiyalı model” adlı məqaləsi dərc edilib. Müəllif bu məqalədə Sovet İttifaqında dini mərasimlərin və dindarlığın qadağan edilməsi, habelə zorakılıq və terrorizmlə əlaqədar aktual problemlərdən bəhs edir.
44 il bundan əvvəl Yom-Kipur bayramı zamanı SSRİ-yə səfəri barədə xatirələrini bölüşən Ravvin yazır ki, həmin illərdə sinaqoq, kilsə və məscidlərin çoxu bağlanmış və ya dağıdılmışdı. A.Kuper o vaxt Bakıda olarkən çoxsaylı yəhudilərlə, o cümlədən nasizmdən xilas olaraq Bakıda sığınacaq tapmış Polşa mənşəli yəhudilərlə və əcdadları 2500 il bundan əvvəl Solomon məbədinin dağıldığı dövrdə yaşamış yəhudilərin törəmələri ilə tanış olmuşdu.
Ravvin yazır ki, indi zəmanə dəyişib və 2016-cı ildə din çox vaxt ümid mənbəyi deyil, münaqişənin legitimləşdirilməsi, insanların bir-biri ilə mübarizə aparan qruplara bölünməsi, zorakılıq və terrorizm amili hesab edilir.
Ravvin yazır ki, sosial ədalətsizliyin və nifrət hissinin aradan qaldırılması üzrə tərəfdaşlar axtara-axtara yenidən Bakıya – artıq müstəqil Azərbaycanın paytaxtına gedib çıxıb. Əhalisinin əksəriyyəti müsəlmanlar olan bu dövlətdə multikulturalizm şəraiti yaradılıb və vətəndaşlar rahatca öz məbədlərinə gedə bilirlər. Müəllif vurğulayır ki, 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilib.
A.Kuper daha sonra yazır ki, İsrailin çətin günlərində Azərbaycan həmişə onun yanında olub və tarixən təqiblərə məruz qalan yəhudilər və xristianlar üçün sığınacaq kimi xidmət edib. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan İsrailin və ABŞ-ın ən etibarlı dostlarından biridir. Buna görə də ravvinin fikrincə, nifrət və terrorizm fonunda şüurlu əməkdaşlıq anlayışı həyati əhəmiyyət kəsb edə bilər. İŞİD tərəfdarlarının etnik təmizləmələr apardığı, orta əsrlər dövrünə xas olan vəhşiliklər törətdiyi regionda dini azlıqları müdafiə edən, onlara hörmət bəsləyən hər bir liderdən öyrənməli məsələlər var.

Son baxılan xəbərlər

Şəkidə “İslam sülh dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.12.2016 / 16:28
Ətraflı oxu

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
25.06.2019 / 14:26
Ətraflı oxu

Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
07.05.2019 / 17:14
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.04.2017 / 17:01
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycan multikultural modeli dünyaya nümunədir"

Müsahibələr
12.02.2016 / 10:10
Ətraflı oxu

Masallıda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər
09.02.2018 / 17:11
Ətraflı oxu