Gündüz İsmayılov: "Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik, həm də inkişaf baxımından zəruridir"

Açıqlama / 05.08.2016 / 17:18

«Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu, dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir. Bu sahədə fəaliyyət göstərmək üçün mühüm dövlət qurumlarının yaradılması da təsadüfi deyil». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
G.İsmayılov xatırladıb ki, 2014-cü ildə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti təsis edilib, Prezidentin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Onun sözlərinə görə, Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu siyasətin əsas prioritet istiqamətlərindəndir.
«Düşünürəm ki, hazırda Qərbdə multikulturalizmin süquta uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin uğurunun sirri müxtəlif millətlərin və dinlərin təmsilçilərinin öz kimliklərini qorumasında və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarında olmasındadır. Bunun əksinə, universal model kimi təqdim olunmağa çalışılan Qərbsayağı multikulturalizm digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. Belə olan halda Avropa dövlətləri fərqli mədəniyyət və din daşıyıcılarını Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar, ona görə də bu ölkələrdə multikulturalizm özünü doğrultmur. Halbuki, qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı nəzərə alınmadan mövcud ola bilməz. Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyət nəzərə alınmaqla xarici ölkələrlə münasibət baxımından zəruridir»- deyə, G.İsmayılov vurğulayıb.

Son baxılan xəbərlər

ABŞ-ın nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Press-relizlər
04.03.2019 / 19:10
Ətraflı oxu

7 saylı cəzaçəkmə müəssisəsində “Azərbaycan tolerantlıq diyarıdır” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.11.2017 / 17:09
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.02.2018 / 16:26
Ətraflı oxu

Qazaxda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər
04.05.2018 / 09:54
Ətraflı oxu

Kürdəmirdə maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.06.2019 / 11:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Press-relizlər
11.01.2016 / 16:05
Ətraflı oxu