Quba rayonunun Alpan kəndində “Ənənəvi İslam və dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.07.2016 / 10:01

İyul ayının 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Alpan kəndində “Ənənəvi İslam və dini radikalizmlə mübarizə yolları”  mövzusunda tədbir baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının Alpan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tofiq Qubatov, Quba Rayon Polis Şöbəsinin Amsar İƏD üzrə sahə müvəkkili, polis kapitanı Namus Zülfüqarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Quba RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Azərbaycanda mövcud olan multikultural mühitdən, tolerantlıqdan, müxtəlif xalqların və etnosların sülh və bərabərlik şəraitində yaşamasından danışaraq, Quba rayonunun da bu cəhətdən zəngin olduğunu və 20-dən çox az saylı xalqın birgə və dinc şəraitdə yaşadığını bildirib. O, qeyd edib ki, dini radikalizm sabitliyi və tolerant mühiti pozmağa hesablanan bir vasitə olsa da Azərbaycanda bu mümkün olan bir vasitə deyildir. Buna nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti imkan verməz.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bildirib ki, Azərbaycan hər zaman müxtəlif millətlərin və yaxud etniklərin birgə yaşadığı, eyni zamanda bütün dinlərin tolerant şəkildə anlaşdığı bir ərazi olub. Azərbaycanda hökm sürən bu tolerant mühiti pozmağa can atan qüvvələr öz məkirli fikirlərinə nail olmaq üçün  çalışsalar da heç vaxt buna nail ola bilməmişlər və ola da bilməzlər.
Sonda tədbir iştirakçılarına DQİDK-nın dəstəyi ilə çap edilən maarifləndirici ədəbiyyat hədiyyə edilib.


Son baxılan xəbərlər

Səyavuş Heydərov: “Ölkəyə gətirilən, yaxud ölkə ərazisində çap olunan dini ədəbiyyatların milli müəlliflərimizin məhsulları ...

Müsahibələr
25.01.2017 / 10:45
Ətraflı oxu

Xətai rayonunun dindarları ilə görüş keçirilib

Press-relizlər
14.05.2018 / 16:48
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
18.09.2018 / 10:18
Ətraflı oxu

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər
17.05.2019 / 12:30
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində Qazaxda tədbir keçirilib

Press-relizlər
04.11.2017 / 13:02
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu loqo müsabiqəsi elan edir

Press-relizlər
26.07.2018 / 15:12
Ətraflı oxu