Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

Press-relizlər / 29.06.2016 / 15:36

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam etdirilir.
İyunun 29-da Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.
Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, bir sıra dini icmaların zəruri ədəbiyyatlarla təmin edilməsi, gənclərin dini təhsil almalarına köməklik göstərilməsi, yeni məscidlərin tikilməsi və təmiri ilə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.

Son baxılan xəbərlər

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 14:03
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xəbərlər
26.11.2018 / 16:41
Ətraflı oxu

UNESCO-da “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

Multikulturalizm
14.12.2016 / 10:05
Ətraflı oxu

“Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.08.2018 / 14:35
Ətraflı oxu

Göyçayda "Qadın və cəmiyyətimiz" mövzusunda tədbir keçirilib

Press-relizlər
06.03.2019 / 11:57
Ətraflı oxu

Prezident İlham Əliyev : "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

Press-relizlər
20.10.2017 / 16:54
Ətraflı oxu