.png&w=1200)
Press-relizlər / 24.06.2016 / 11:14
İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü və Quba rayonu Zizik kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Radikalizmlə mübarizədə mötədil dindarların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Ramin Xudayev,Elnur Ağasiyev,QMİ-nin Quba bölgəsi üzrə qazısı Hacı Naib Səttarov, Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov, dindarlar, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Quba bölgəsi üzrə qazisi Hacı Naib Səttarov bu səpkidə həyata keçirilən tədbirlərin əhəmiyyətindən, Azərbaycanda hökm sürən dini sabitlikdən bəhs edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev dövlət-din münasibətlərindən danışıb. Quba bölgəsi üzrə şöbənin əməkdaşı Elnur Ağasiyev dövlətin dinə qayğısını önə çəkərək son illərdə Azərbaycanda tikilən və yenidən bərpa olunan ibadət evləri haqqında məlumat verib. Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Soltan Bayramov çıxışı zamanı radikalizmlə mübarizədə hər kəsin düzgün dini biliklərə sahib olmasının vacibliyini qeyd edib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.