Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Hər bir məscid Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimlərə əməl etməlidir”

Müsahibələr / 13.06.2016 / 12:11

ANS TV-də "Hesabat" verilişinin qonağı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı olub.
 
Radikal qruplar Azərbaycanda bir sıra məscidlərdə özlərinə müəyyən dayaqlar yaratmağa cəhd etsə də, onların qarşısı alınır.
“Hər bir məscid Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimlərə əməl etməlidir. İdarənin verdiyi fətvaya əməl etmək hər bir məscidin borcudur. Burada heç kim başqa bir addım ata bilməz. Çünki Qafqaz Müsəlmanları İdarəsi bütövlükdə Azərbaycanda müsəlman icmasına rəhbərlik edir. Onun verdiyi qərarlar məsciddə və bu kimi dini ayinləri icra edənlər üçün məcburi xararakter daşıyır”.  
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandırarkən deyib.
Ramazan ayı münasibəti ilə Azərbaycan xalqını təbrik edən Komitə sədri bu barədə yerlərdə azanın oxunma saatlarında təzadlara yol verən məscidlərə xəbərdarlıq edərkən danışıb.
Dini radikal qrupların ölkəmizdəki mövcudluq səviyyəsindən danışan Mübariz Qurbanlı bu qrupların Azərbaycan cəmiyyətində milli təhlükəsizliyimiz, asayişimiz üçün hər hansı bir böyük təhlükə törətdiyi fikrində olmadığını bildirib.
Komitə sədrinin sözlərinə görə, arxayınçılığa yol vermədən işlər ardıcıl şəkildə davam etdirilməlidir. Təbliğat həm hüquqi, həm iqtisadi müstəvidə aparılmalı, dini radikal qrupların Azərbaycanda dairələrini genişləndirməsinə imkan verilməməlidir.
Daha sonra Qazaxıstanın Aktobe şəhərində son günlər baş verən radikal dini qruplaşmaların törətdiyi silahı qarşıdurmalara toxunan Mübariz Qurbanlı bu cür radikal qruplara qarşı mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, radikal qruplar Azərbaycanda bir sıra məscidlərdə özlərinə müəyyən dayaqlar yaratmağa cəhdlər etsə də, onların qarşısı alınır.
“Qazaxıstan dini baxımdan Mərkəzi Asiyada sabit ölkələrdən biri hesab olunur. Lakin son hadisələr göstərdi ki, bu sabitlik nisbidir. Burada da hansısa qruplar müəyyən zərərli fikirlərini yaya biliblər. Bunun özü göstərir ki, belə sabitlik nisbiliyini nəzərə almaq lazımdır. Düşünmək lazım deyil ki, bu bizdə ola bilməz. Bu cür qruplar İslam adı altında öz siyasi məqsədlərini, maraqlarını ifadə etmək istəyirlər. Onlar müəyyən xarici dairələrlə əlaqəlidir. Bu da Qazaxıstanda açıq şəkildə özünü göstərdi. Buna görə Azərbaycanda da qabaqlayıcı tədbirlər görülməlidir”, -deyə Mübariz Qurbanlı vurğulayıb.

Müsahibəyə daha ətraflı aşağıdakı video materialda baxa bilərsiniz:
    
www.youtube.com/watch




Son baxılan xəbərlər

20 Yanvar - Ümumxalq Hüzn Günü

Xəbərlər
19.01.2019 / 11:12
Ətraflı oxu

Oğuz rayonunda növbəti maarifləndirici tədbir baş tutub

Press-relizlər
23.05.2017 / 17:47
Ətraflı oxu

Zərdabda “İslam sülh və həmrəylik dinidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.11.2017 / 17:18
Ətraflı oxu

“Din və insan hüquqları” mövzusunda konfrans keçirilib

Press-relizlər
31.10.2019 / 17:06
Ətraflı oxu

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
30.01.2018 / 14:45
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Xəbərlər
15.02.2019 / 09:32
Ətraflı oxu