Balakən rayonunda “Narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 04.06.2016 / 10:10

İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Balakən rayonu Qabaqçöl qəsəbəsi Qaysa orta məktəbində “Gəncliyimizi qoruyaq” devizi altında narkomaniya və zərərli vərdişlərlə mübarizə həftəsi çərçivəsində Qabaqçöl zonasına daxil olan məktəblərin gəncləri ilə “Narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə gənclərin rolu” mövzusunda panel təşkil olunub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev, Aktiv Gənclər Klubunun və YAP Balakən rayon Təşkilatı Gənclər Birliyinin sədri Sarxan Hacıyev iştirak edib. Paneldə gənclərin sualları cavablandırılıb, maraqlı təklifləri qeydə alınıb.
Qeyd edək ki, Balakən rayon Gənclər və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə və YAP Balakən rayon Təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə təşkil olunan “Gəncliyimizi Qoruyaq!” adlı narkomaniya və digər zərərli vərdişlərlə mübarizə həftəsi 01-08 iyun 2016-cı il tarixlərdə həyata keçirilir. 

Son baxılan xəbərlər

Siyəzəndə “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Press-relizlər
10.11.2017 / 15:05
Ətraflı oxu

Gündüz İsmayılov: “Məscidlərdə kitabxanalar yaradılır”

Açıqlama
01.02.2016 / 16:53
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-a rəsmi səfərə gedəcək

Press-relizlər
12.05.2018 / 14:18
Ətraflı oxu

Zaqatala rayonunda “Milli dəyərlərimiz, həmrəylik və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Press-relizlər
04.04.2017 / 15:44
Ətraflı oxu

Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
25.09.2018 / 15:54
Ətraflı oxu

Dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
05.12.2018 / 12:39
Ətraflı oxu