Bölgələrdə “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər / 07.06.2016 / 17:02

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 6-da  Beyləqan şəhər peşə məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev, Beyləqan Rayon peşə məktəbinin direktoru Nazim Məmmədov, Beyləqan Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və  humanitar məsələlər  şöbəsinin müdir  müavini-dini qurumlarla işin təşkilatçısı  Ramiz Əliyev, Beyləqan RİH Aparatının Hüquq şöbəsinin hüquqşunası Malik Kərimov, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, peşə məktəbinin müəllim kollektivi və şagirdləri iştirak ediblər. “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan peşə məktəbinin direktoru Nazim Məmmədov Ulu Öndər Heydər Əliyevin adət-ənənələrimizə, tarixi irsimizə, milli - mənəvi dəyərlərimizə önəm verməsi, dinə inanclı şəxslərə fəaliyyətləri üçün şərait yaratması bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə iyunun  18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması, buna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan hüquqları aylığı”nın keçirilməsi və bu aylıq çərçivəsində keçirilmiş maarifləndirici tədbirin əhəmiyyətindən danışıb.Tədbirdə çıxış edən digər natiqlər Malik Kərimov, Ramiz Əliyev, Səbuhi İbadov  narkomaniyanın və digər zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirlərindən danışaraq gəncləri bunlardan uzaq olmağa çağırıblar.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və Imişli Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 7-də  İmişli şəhər Gənclər Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov,  şöbənin məsləhətçisi Elbəy Dəmirov, İmişli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və  humanitar məsələlər  şöbəsinin müdir  müavini-dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov, İmişli RİH-in Hüquq şöbəsinin müdiri Rahim Zaidov, İmişli şəhəri “Cümə” məscidinin axundu Adıgözəl Bəşirov, İmişli Mərkəzi Rayon Xəstəxanasının həkimi, narkoloq Emin Qasımov, İmişli Rayon Polis şöbəsində narkomaniyaya qarşı inspektor Faiq Qasımlı  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zaidov çıxış edərək  “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib, eyni zamanda ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın respublika ərazisində uğurla icra edildiyini konkret misallarla diqqətə çatdırıb 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxış edərək qeyd edib ki, insan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən prioritet hesab edilən mövzulardandır. Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə də insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədidir.
Tədbirdə Hüseyn İbrahimov, Emin Qasımov və Faiq Qasımlı çıxış edərək narkomaniyanın və digər zərərli vərdişlərin insan sağlamlığına zərərli təsirlərindən danışaraq gəncləri bunlardan uzaq olmağa çağırıblar.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də ...

Açıqlama
07.07.2015 / 18:28
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.12.2019 / 16:28
Ətraflı oxu

Mübariz Qurbanlı:“Multikulturalizmin alternativi müharibədir, fəlakətdir, qarşıdurmadır”

Açıqlama
10.04.2018 / 17:09
Ətraflı oxu

"Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr" mövzusunda respublika elmi konfransı keçirilib

Press-relizlər
27.11.2020 / 10:34
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2019 / 16:40
Ətraflı oxu