
Press-relizlər / 07.06.2016 / 09:43
Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə iyunun 6-da Salyan rayonu “Mirəşrəf ağa” məscidi dini icmasında “Alkoqolizm və zərərli vərdişlərlə mübarizədə dindarların rolu” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Salyan Rayonu İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, dini icma sədri Məhərrəm Həsənov, məscidin axundu Mirqulam Sadıqov, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Məscidin axundu Mirqulam Sadıqov layihə barədə geniş məlumat verib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov ilk öncə tədbir iştirakçılarını müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edib.O, çıxışı zamanı gənclərimizi alkoqolizm və zərərli vərdişlərin təsirindən qorunmağın vacibliyindən danışıb.