“Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib

Arxiv / 19.05.2016 / 16:01

Mayın 19-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zəngilan rayon 33 saylı orta məktəbdə “Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunması mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyəti Aparatınnı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini bildirərək ölkəmizdəki tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov ölkəmizdə mövcud olan qeyri-ənənəvi təriqətlər haqqında danışaraq onların zərərli fəaliyyətindən söhbət açıb. O, çıxışında qeyd edib ki, bu cür qüvvələr insanları yanlış yola yönəltməklə mənəviyyatımıza, dini dəyərlərimizə, milli kimliyimizə zərbə vurmaq istəyirlər. Eyni zamanda, din pərdəsi adı altında qanunsuz fəaliyyət göstərən zərərli qrupların maraqları və apardıqları təbliğatın mahiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov zərərli vərdişlərdən söhbət açaraq bunun gənclər üçün təhlükəsindən  və cəmiyyətdə törətdiyi fəsadlarından bəhs edib. Belə vərdişlərin tibbi və mənəvi cəhətdən insanlara vurduğu zərərlər haqqında konkret  nümunələr sadalayıb. Yaradılmışların ən şərəflisi olan insanın adına layiq şəkildə yaşaması üçün onu alçaldacaq vərdişlərdən çəkinməyin mühümlüyünü vurğulayıb. Natiq çıxışında gənclərin vaxtlarını səmərəli keçirməsini, ən böyük sərvətləri olan ömürlərini fayda verəcək işlərə həsr etməyi və həyat yolunda onlara işıq tutacaq elmi biliklərə yiyələnməyi tövsiyyə edib.
 


Son baxılan xəbərlər

Kamal Abdullayev: “İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir”

Müsahibələr
03.11.2016 / 18:06
Ətraflı oxu

Zaqatalada "Milli-mənəvi dəyərlərimizlə keçmişdən bu günə və gələcəyə gedən uğurlu yol” adlı tədbir keçirilib

Press-relizlər
15.01.2019 / 15:30
Ətraflı oxu

“Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
21.04.2021 / 10:20
Ətraflı oxu

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər
19.03.2020 / 15:50
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri: "Pandemiya dövründə kütləvi dini mərasimlər yoluxma sayını artıra bilər"

Xəbərlər
26.08.2020 / 12:18
Ətraflı oxu

Mübariz Qurbanlı: “Baş yarmaq, qan çıxarmaq İslama ziddir, günahdır”

Açıqlama
17.08.2019 / 10:08
Ətraflı oxu