Dövlət Komitəsinin sədri "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Press-relizlər / 06.04.2016 / 16:24

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələri Mariyano Maciyas Quzman və Antoni Breysi qəbul edib.
Mübariz Qurbanlı bildirib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı tam təmin olunub. Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb.
Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirən Komitə sədri deyib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar. Mübariz Qurbanlı bildirib ki, Yehovanın şahidlərinin Azərbaycanda icması mövcuddur və fəaliyyət göstərir.
Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin iştirak etdiyi görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ...

Xəbərlər
24.12.2019 / 10:28
Ətraflı oxu

Mübariz Qurbanlı: "2020-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox əhəmiyyətli və ...

Müsahibələr
28.12.2020 / 16:42
Ətraflı oxu

20 Yanvar faciəsinə həsr edilən onlayn formatda tədbir keçirilib

Xəbərlər
19.01.2021 / 17:31
Ətraflı oxu

20 Yanvar-Ümumxalq Hüzn Gününün 31-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

Press-relizlər
21.01.2021 / 10:36
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyanda tədbir keçirilib

Press-relizlər
07.06.2016 / 09:43
Ətraflı oxu

Qubada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
21.01.2021 / 10:56
Ətraflı oxu