Elşad İskəndərov: Azərbaycanda dinə marağın artması müşahidə edilir

Açıqlama / 13.11.2012 / 16:14

Azərbaycanda milli mənəvi dəyərlərin yüksəlməsi ilə yanaşı, dinə marağın artması da müşahidə edilir. Bunu  jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib. Komitə sədri bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə tənzimlənir. Eyni zamanda, əhalinin əksər hissəsi bu istiqamətdə aparılan fəaliyyətdən razıdır. İskəndərov əlavə edib ki, Azərbaycanda tolerantlıq mühiti əhali tərəfindən mütləq şəkildə dəstəklənir.
"Əhalinin dini sahədə maarifləndirilməsinə ehtiyac var. Bu, bütövlükdə Dövlət Komitəsinin deyil, həm də mətbuatın işi olmalıdır", - İskəndərov bildirib. O qeyd edib ki, hazırda komitə bu istiqamətdə işlər aparır. E. İskəndərovun sözlərinə görə, hazırda qarşıda 3 prioritet məsələ durur. Bunlar din-dövlət münasibətlərinin cəmiyyəti qane edəcək şəkildə tənzimlənməsi, radikalizmin süni şəkildə yayılmasının qarşısının alınması və əhali arasında aktiv şəkildə maarifləndirmə işlərinin aparılması, cəmiyyətin dinə olan ehtiyacının ödənilməsidir.

Son baxılan xəbərlər

Quba, Oğuz və Astarada "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
31.05.2019 / 15:19
Ətraflı oxu

Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
25.09.2018 / 15:54
Ətraflı oxu

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb

Xəbərlər
28.03.2018 / 09:43
Ətraflı oxu

Qubada “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda üçgünlük seminar-treninq işinə başlayıb

Press-relizlər
27.11.2017 / 17:24
Ətraflı oxu

1 saylı cəzaçəkmə müəssisəsində “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.07.2016 / 09:18
Ətraflı oxu

Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama
14.07.2015 / 18:21
Ətraflı oxu