Balakən şəhərində “Gənclərdə sağlam dini təfəkkürün formalaşdırılması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 14.03.2016 / 16:13

Martın 14-də Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icmasının həyata keçirdiyi “Cəmiyyətimizin radikal təsirlərdən qorunması”  layihəsi çərçivəsində Balakən şəhərində  “Gənclərdə sağlam dini təfəkkürün formalaşdırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin Təhlil və  proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, Zaqatala şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov və Balakən şəhər məktəblərinin müəllim və şagirdləri, rayonun aktiv gəncləri iştirak ediblər.
Layihənin rəhbəri Elşən Poladov çıxışı zamanı İslamı düzgün anlamamağın dini radikalizmə aparan yol olduğunu, İslamı düzgün anlamaq üçün elmə yiyələnməyin vacibliyini vurğulayıb.
DQİDK-nın Təhlil və  proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov bildirib ki, dini radikalizmin yayılmasına əsas səbəb kimi İslam dini ilə bağlı biliklərin tam olmaması və məlumatsızlıqdır. A.Axundov radikal dini fikirlərlə mübarizə aparmağın maarifləndirmə, priventiv (qabaqlayıcı tədbirlərin həyata keçirilməsi), profilaktik (yanlışlıq barədə məlumatlandırma) və inzibati metod kimi əsas metodlarını sadalayıb.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Fariz Nəcəfov çıxış zamanı gənclərə dini radikalizmin mahiyyəti və zərərləri, ona qarşı mübarizə vasitələri haqqında geniş məlumat verib.


Son baxılan xəbərlər

İmişlidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər
28.11.2018 / 14:48
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində növbəti tədbir Mingəçevirdə baş tutub

Press-relizlər
30.08.2018 / 11:13
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
28.02.2019 / 15:20
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
02.07.2018 / 16:42
Ətraflı oxu

“Şəhadət” sənədli filmi Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində nümayiş olunub

Press-relizlər
11.10.2017 / 16:51
Ətraflı oxu

Bakıda “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib

Arxiv
27.12.2017 / 18:15
Ətraflı oxu