“Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu

Kitablar / 30.07.2015 / 12:58

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu nəşr edilib. Kitab bu sahədə son dövrlərdə hazırlanmış ən mütərəqqi nəşrdir. Topluda din və etiqad azadlığı ilə bağlı beynəlxalq normaların öz əksini tapdığı Azərbaycan Respublikasının Konstitusiyasındakı maddələr, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın və protokolların təsdiq edilməsi barədə qanunlar, “Dini etiqad azadlığı haqqında” qanun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsi və digər rəsmi sənədlər yer alıb.
Nəşrdəki dövlət və din münasibətlərini tənzimləyən sənədlər həm dövlət qurumları, həm dini icmalar, həm də hər bir vətəndaş üçün bu sahədə yaranacaq sualları cavablandırmağa kömək edəcəkdir.
Kitabın tərtibçisi Dövlət Komitəsinin Kadrlarla iş sektorunun müdiri Bəhruz Müslümov, nəşrə məsul şəxs Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyevadır.  

Son baxılan xəbərlər

“Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda seminar keçirilib

Press-relizlər
17.10.2018 / 17:37
Ətraflı oxu

Yardımlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
17.10.2018 / 16:50
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
17.10.2018 / 15:59
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu

Prezidentin Sərəncamı bölgələrdə uğurla icra olunur

Arxiv
09.02.2018 / 09:55
Ətraflı oxu

Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.10.2018 / 15:11
Ətraflı oxu