.png&w=1200)
Press-relizlər / 24.02.2016 / 12:14
Fevralın 24-də Qazax Cümə məscidi dini icmasının “Dini ekstremizmin və radikalizmin fəsadları” layihəsi çərçivəsində “Ekstremizm terrozim doğurur” mövzusunda tədbir keçirilib.Tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev açaraq, Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, fəsadları barədə geniş məlumat verib. Qazax Cümə məscidi dini icmasının sədri İlham Süleymanov gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs edib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
*** *** ***
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icması tərəfindən fevralın 23-də Balakəndəki Heydər Əliyev Mərkəzində “Cəmiyyətimizin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq nədir?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumların təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elvin Qarayev, dini icma sədrləri, din xadimləri, gənclər, aktiv dindarlar, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri Elşən Poladov çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərimiz qorunub saxlanılmalı, düzgün təbliğ edilməli və dini radikalizmə qarşı birlikdə mübarizə aparılmalıdır.
Daha sonra çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumların təşkilatçısı Fariz Nəcəfov dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elvin Qarayev dindarların maarifləndirilməsi işinin əhəmiyyətindən, milli-mənəvi dəyərlərin daha dərindən öyrənilməsi və təbliğindən, eyni zamanda gənc nəsilin milli ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışıb.