Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda növbəti tədbirlər keçirilib

Press-relizlər / 14.01.2016 / 16:18

Yanvarın 14-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 15 saylı  cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda növbəti tədbirlər keçirilib. Hər iki tədbirdə Penitensiar Xidmətin Tərbiyə işlərinin təşkili idarəsinin rəis müavini İntiqam Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Ceyhun Rüstəmov iştirak ediblər.
Tədbirlərdə çıxış edən Penitensiar Xidmətin İdarə rəisinin müavini İ. Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq nümunəsi olduğunu bildirib. O qeyd edib ki, respublikamız tolerant ölkə kimi bütün ölkələrə nümunə göstərilə bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ölkəmizdə dinə münasibətin yüksək səviyyədə olmasını diqqətə çatdırıb.
Komitə sədrinin müavini Ulu Öndərimiz Heydər Əliyevin “Dinimiz mənəviyyatımızdır” kəlamını yada salaraq bildirib ki, ibadət edən heç kəs milli kimliyini unutmamalıdır. Azərbaycanda bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, məscidlər, sinoqoqlar, kilsələr tikilir, təmir olunur. S. Heydərov təəssüflə qeyd edib ki, bəzi qüvvələr İslamı terrorçu din kimi təbliğ edərək öz məqsədlərinə nail olmaq istəyirlər.
QMİ-nin nümayəndəsi C. Rüstəmov Qurandan və hədislərdən sitatlar gətirərək, vurğulayıb ki, İslam dini sülh və əmin-amanlıq dinidir. C. Rüstəmov dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkür edib.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev isə İslam ölkələrində baş verən hadisələrdən danışıb. Hər iki tədbirdə o da vurğulanıb ki, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti var.



Son baxılan xəbərlər

Zaqatalada seminar-müşavirə keçirilib

Press-relizlər
01.07.2017 / 11:10
Ətraflı oxu

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu

Oğuzda maarifləndirici tədbir keçirilib

Xəbərlər
19.02.2020 / 14:29
Ətraflı oxu

Masallıda “Məhərrəmlik mərasimlərində qanunvericiliyin qorunması yolları” mövzusunda müşavirə keçirilib

Press-relizlər
08.09.2018 / 11:52
Ətraflı oxu

Ağcabədidə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
25.05.2018 / 16:18
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbirləri təşkil olunub

Press-relizlər
13.11.2019 / 14:10
Ətraflı oxu