“Cəmiyyət və dini radikalizm” mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.12.2015 / 17:27

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində Dekabrın 10–da Uğurbəyli kəndində “Cəmiyyət və dini radikalizm” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Günəşli yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatlarını itirmiş və itkin düşmüş vətəndaşlarımızın xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Eldəniz Səfərov, Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev, Bərdə rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı Anar Şahbazov, QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov, Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar, müəllimələr və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bərdə rayonu Uğurbəyli kənd  məscidi dini icmasının sədri Səbuhi Hacıyev  isə tarixi hadisələrdən dərs almağın vacibliyini qeyd edib. Bilikli və səmimi dindar olmağın əhəmiyyətindən söz açan natiq bilikdən məhrum səmimiyyətin kortəbii itaətə bunun isə öz növbəsində fərd və cəmiyyət üçün böyük fəsada səbəb olduğunu vurğulayıb. 
Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov dini radikalizmin mahiyyəti və yaranma səbəblərindən danışıb. Dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğunu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığını diqqətə çatdırıb.
Tədbirdə, eyni zamanda Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Eldəniz Səfərov, QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov, Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev və çıxış edən digər natiqlər mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edənlər, radikalizmin cəmiyyət üçün fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

Xəbərlər
22.05.2020 / 15:25
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib

Xəbərlər
15.10.2018 / 18:07
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Xəbərlər
21.11.2018 / 09:46
Ətraflı oxu

Bərdədə 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
31.01.2019 / 15:22
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
07.09.2018 / 15:36
Ətraflı oxu