Mübariz Qurbanlı: “İslamda dini bayraqlar yoxdur”

Açıqlama / 04.12.2015 / 14:58

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Mübariz Qurbanlı deyib ki, ümumiyyətlə, layihədə dini bayraq anlayışı da əvəzlənməlidir: “Layihədə qeyd olunmalıdır ki, məscidlərdə Azərbaycan bayraqlarından başqa bayraqların asılmasına icazə verilmir. Bununla da dini bayraq məsələsi ortadan qalxar”.
Dövlət Komitəsinin sədri dini atribut məsələsinin də layihədən çıxarılması barədə təklifləri də məntiqli sayıb: “Dini atribut yerinə yazıla bilər ki, ibadətgahlardan kənarda dini şüarların, rəmzlərin nümayiş etdirilməsi qadağandır”.
Mübariz Qurbanlı indiyə qədər xaricdə dini təhsil aldıqdan sonra Azərbaycanda da əlavə dini təhsil alanlara son qadağanın şamil olunmayacağını, çünki qanunun geriyə qüvvəsinin olmadığını nəzərə çatdırıb: "Hazırda xaricdə dini təhsil alanlar Azərbaycanda dövlət qurumlarında çalışa biləcəklər". 

Son baxılan xəbərlər

Maştağada "Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.11.2017 / 14:00
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində Astarada tədbir keçirilib

Press-relizlər
26.10.2018 / 16:26
Ətraflı oxu

Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
18.01.2018 / 14:59
Ətraflı oxu

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Multikulturalizm
16.10.2018 / 10:34
Ətraflı oxu

Kürdəmirdə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:18
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər

Press-relizlər
21.05.2019 / 13:42
Ətraflı oxu