Mübariz Qurbanlı: “Məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək”

Açıqlama / 03.12.2015 / 16:38

“Azərbaycandakı məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək”. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Lənkəran rayonunda, habelə bir çox rayonlarda fəaliyyət göstərən məscidlərin axundlarına radikal qruplar tərəfindən təzyiqlər edilib və nəticədə axundlar zəiflik göstərərək minbəri radikal qruplara verib: “Bu halların baş verdiyi məscidlərin siyahısı bizdə var. Kim olur olsun, lap 50 nəfər onlar, bir nəfər sizsinizsə, minbəri və mikrofonu heç kimə verməyin. Məscid müqəddəs yerdir. Məscidin minbərini heç kimə, o cümlədən də radikal qruplara vermək olmaz. Əgər radikal qruplar sənin əlindən minbəri alırsa, deməli sənin orada qalmağa mənəvi haqqın yoxdur”.
Komitə sədri qeyd edib ki, bu cür hallar baş verən zaman mütləq hüquq-mühafizə orqanlarına xəbər verilməlidir. 

Son baxılan xəbərlər

“Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.03.2019 / 16:45
Ətraflı oxu

Gündüz İsmayılov: “Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər”

Press-relizlər
17.02.2020 / 14:27
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək

Press-relizlər
22.07.2016 / 12:06
Ətraflı oxu

Qubada keçirilən mədəniyyət festivalında ahıska türklərinin adət-ənənələri nümayiş etdirilib

Multikulturalizm
14.11.2016 / 16:24
Ətraflı oxu

“N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
23.01.2020 / 17:47
Ətraflı oxu

İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
24.04.2018 / 17:57
Ətraflı oxu