Dövlət Komitəsi Brüsseldə tolerantlıqla bağlı beynəlxalq konfrans keçirir

Xəbərlər / 30.11.2015 / 14:19

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və “EMİSCO”-nun (Sosial Vəhdət uğrunda Avropa-Müsəlman Təşəbbüsü) təşkilatçılığı ilə noyabrın 30-da Avropa Şurasının Brüssel ofisində respublikamızdan olan yüksək səviyyəli ekspertlərin, Qərbin tanınmış tədqiqat mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin və avropalı parlamentarilərin iştirakı ilə “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının başçılığı ilə səfərdə olan nümayəndə heyətinə Milli Məclisin üzvü Sahibə Qafarova, DQİDK-nın Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev daxildir.
Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanı dünya ictimaiyyətinə sivilizasiyaların və dinlərin qovuşduğu tarixi məkan kimi tanıtmaq, dövlətimizin din siyasətini, xalqımızın tolerant və multikultural dəyərlərini beynəlxalq miqyasda təbliğ etmək, eləcə də ölkəmizin dünyada dinlər və mədəniyyətlərarası dialoq prosesini aktiv dəstəkləmək iradəsini avropalı ekspertlər vasitəsilə nümayiş etdirməkdir.
Konfransda, eyni zamanda, Azərbaycanda mövcud olan dünyəvi sistemin dini konfessiyaların azadlığı baxımından nümunəvi model kimi tanıdılması, ölkəmizin dövlət-din münasibətlərinin dövrümüzdə qlobal miqrasiya böhranı ilə üzləşən Avropa ilə müqayisə edilməsi nəzərdə tutulub. 

Son baxılan xəbərlər

Astarada növbəti maarifləndirici tədbir təşkil olunub

Press-relizlər
26.09.2017 / 09:53
Ətraflı oxu

Çex Respublikasında “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib

Press-relizlər
08.11.2019 / 16:09
Ətraflı oxu

“İslam dünyasında yenilik cəhdləri” adlı kitab nəşr olunub

Kitablar
03.09.2019 / 10:04
Ətraflı oxu

Şamaxıda “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər
13.08.2020 / 16:00
Ətraflı oxu

Abşeronda “Dini radikalizm və onun milli-mənəvi dəyərlərimizə mənfi təsirləri” mövzusu müzakirə olunub

Press-relizlər
14.03.2018 / 17:11
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbirlər keçirilib

Press-relizlər
11.11.2015 / 16:55
Ətraflı oxu