Mübariz Qurbanlı: "Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir"

Açıqlama / 13.11.2015 / 14:57

"Məişət zorakılığı məsələsində xalqların adət-ənənələri mühüm rola malikdir. Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir".
SalamNews-un  məlumatına görə, bunu Məişət zorakılığı sahəsində beynəlxalq konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri bildirib ki, Bibliyada, İncildə, Tövratda və Quranda qadın zorakılığı qəbul edilmir: "Hətta "Əl-Bəqərə" surəsinin 256-cı ayəsində də zorakılıq pislənir. İslam dini qadınlara xüsusi önəm verir. Azərbaycanda məişət zorakılığının kökü yoxdur. Bizdə daim qadınlara, qızlara tolerant yanaşılıb. Hətta, Azərbaycan Xalq Cumhuriyyətinin dövründə də Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib".
Komitə rəhbəri bildirib: "Biz bu sahədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə çalışırıq. Məişət zorakılığının aradan qaldırılması istiqamətində Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın böyük rolu var". 

Son baxılan xəbərlər

Astarada “Vətənpərvərlik dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusu müzakirə olunub

Xəbərlər
28.10.2019 / 09:45
Ətraflı oxu

Məşhur yevangelist Azərbaycan haqda yazdı:"...BÖYÜK İMKANLAR ÖLKƏSİ"

Press-relizlər
06.07.2018 / 09:58
Ətraflı oxu

Lerikdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.11.2016 / 16:01
Ətraflı oxu

Naxçıvanda “Ümummilli Lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib

Press-relizlər
07.12.2017 / 09:25
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Report”a müsahibəsi

Müsahibələr
20.10.2016 / 15:21
Ətraflı oxu

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

Xəbərlər
29.12.2020 / 15:03
Ətraflı oxu