Müşfiqabadda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 05.11.2015 / 16:55

Noyabrın 5-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi, Bakı şəhəri Qaradağ rayonu 274 saylı orta məktəb və Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qaradağ rayon, Müşfiqabad qəsəbəsi, 274 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, 274 saylı məktəbin direktoru Atakişi Cəfərov, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru A.Cəfərov uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edərək dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Bildirilib ki, dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq faktlarının müşahidə olunduğu bir zamanda ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır.
Daha sonra çıxış edən Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov uşaqların sağlam mühitdə formalaşdığını qeyd edərək bunun üçün dövlət rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Ağstafada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər
02.10.2019 / 15:33
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzVision.az oxucularının suallarını ...

Müsahibələr
19.12.2014 / 15:10
Ətraflı oxu

Zaqatalada “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.09.2019 / 16:31
Ətraflı oxu

Avropa İttifaqının nümayəndə heyəti Heydər məscidi, sinaqoq və kilsə ilə tanış olub

Press-relizlər
29.10.2018 / 16:26
Ətraflı oxu

Hacıqabulda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
30.04.2018 / 15:47
Ətraflı oxu