Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ekstremizm-terrorizmin barıt çəlləyi

İfratçılıq və ya ekstremizm hərfi mənada bir şeyi son həddə çatdırmaq, həddi aşan tədbirlərə əl atmaq kimi ifadə olunur. Ekstremizm siyasi, dini, iqtisadi, irqi, hərbi və s. formalarda özünü göstərə bilir. Siyasi ekstremizm siyasətin ifratçı vasitələrlə həyata keçirilməsidir. Onun geniş yayılmış formalarından biri də millətçi ekstremizmdir. Bu forma millətlər və xalqlar arasında ayrı-seçkilik və düşmənçilik yaratmaqla özünü göstərir. Müasir dünyamızda ekstremizmin, ifratçılığın ən qabarıq şəkildə özünü göstərən formalarından biri isə dini ekstremizmdir. Dini ifratçılıq Allahın qoyduğu qanunlardan və Peyğəmbərin sünnəsindən uzaqlaşmaq, dində qoyulan hədləri aşmaqdır.
Uca Yaradan Qurani-Kərimdə müsəlmanlara həddi aşmamalarını, həddi aşanlara və insanlar arasında çaxnaşma salanlara isə itaət edilməməsini təkidlə bildirmişdir:“De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!” (Maidə, 77). Dində orta mövqe tutmaq Peyğəmbərin (s) həyatını nümunə alıb yaşamaqdır. Onun (s) həyatını nümunə almaqda həddi aşmaq möminləri ifrata, buna biganə qalmaq isə onları təfritə (təfrit - Allaha itaətdə və xalqa xidmətdə göstərilən etinasızlıq və süstlük) aparar. İfrata və təftirə səbəb isə nəfsdir. Nəfsinə hakim ola bilməyən hər bir insan orta yoldan azacaq və  ona qul olacaqdır. Orta yoldan azmamaq üçün isə nəfs ağıla tabe edilməlidir. Yəni insanı duyğuları, nəfsi yox, məhz ağlı idarə etməlidir. İmam Əli (ə)insanın nəfsi ilə mübarizəsi haqqında belə buyurmuşdur: “Nəfsinizlə amansız döyüşərək onun cilovunu öz əlinizə alın” (“Ğurərul Hikəm”, hədis 2489).
Səmavi dinlərin tarixinə nəzər salsaq, kitab nazil olmuş cəmiyyətlərin hər birində ifratçılıq və təfritə yol verildiyini görərik. Hədislərin birində İmam Əlinin (ə) belə nəql etdiyi bildirilir: “Rəsulullah mənə dedi: Ya Əli, sən İsa kimisən. Sənin üzündən iki qrup zəlalətə düşəcək. Biri səni alçaldar, aşağılayar, necə ki, yəhudilər İsanı aşağılayıb çarmıxa çəkmək istədilər. Başqa bir qrup da səni ilahiləşdirər, necə ki, xaçpərəstlər İsanı ilahiləşdirib yollarını azdılar” (Şeyx Səduq, “Əmali” əsəri). Bu ifratçı davranışlara qarşılıq Allah-Təala sonuncu din olan İslamı göndərmiş və Peyğəmbəri vasitəsilə Özünün qoyduğu qanunların dəyişdirilməməsini əmr etmişdir. Allah müsəlmanları dində orta yolu tutmalı olanümmət kimi yaratmışdır: “(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (mötədil, ədalətli) bir ümmət etdik ki, (qiyamət günü) siz insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun...” (Bəqərə, 143). 
İfratçılıq və təfrit mövcud cəmiyyətlər üçün olduqca təhlükəli yanaşmadır. Dini əsl məqsədindən kənarlaşdıraraq doğru olmayan aspektdən dərk edilməsinə səbəb olur. Bu da Allahın əmrlərindən kənarlaşmaya - Allahın halal buyurduğunun haram, haram buyurduğunun isə halal sayılmasına, insanlara Allahın əmr etmədiklərinin təlqin olunmasına gətirib çıxarır. Buna əsasən də Peyğəmbər (s) buyurmuşdur: "Həddini aşanlar həlak olmuşdur, həddini aşanlar həlak olmuşdur, həddini aşanlar həlak olmuşdur"(“Səhihi-Müslim”, hədis 2670). Bütün məsələlərdə olduğu kimi, bu mövzuda da müsəlmanın ölçüsü Qurani-Kərimdir. Orta yolu azıb ifrat və ya təfrit kimi doğru olmayan yolla getməmək üçün Quran ayələrinin əsl mahiyyəti dərk edilməli və onun məna etibarı ilə bütünlük pirinsipinə əməl edilməlidir. Quranın hər hansı ayəsini ayrıca götürsək, bir çox sual meydana çıxar. Lakin Yaradan insanların hər bir işini asanlaşdırdığı kimi, burada da öz bəndələrini çətin və dolaşıq vəziyyətə salmamışdır. Ayələrin bir-birini izah etdiyinə diqqət yetirsək, ağıllarda sual yaradan bir ayənin izahını başqa ayədə aydın görərik. Məsələn;“İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi” (Maidə, 78) ayəsini əsas götürüb İsrail oğullarına (yəhudilərə) kin, nifrət bəsləyərək onlara qarşı zor tətbiq etsəydik, bu məsələdə ifrata yol vermiş olardıq. Amma Müqəddəs Qurani-Kərimin digər bir  ayəsinə nəzər salaraq onlarla mehriban, sülh şəraitində yaşamalı olduğumuzu görürük: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”(Mumtəhinə, 8). 
Peyğəmbər (s) nəinki ibadətlərdə hətta ətrafımızdakı insanlara qarşı münasibətlərimizdə də orta yolu tutmağı, dostlara və düşmənlərə qarşı münasibətdə həddi aşmağımızın xoşagəlməz hallara səbəb ola biləcəyini bildirmişdir: “Nə dostluqda nə də düşmənçilikdə həddi aşmayın. Dost düşmənə, düşmən də dosta çevrilə bilər” (Tirmizi). Allah-Təalanın ən xoş əməllərdən biri kimi yardımlaşmanı Qurani-Kərimdə dəfələrlə xatırlatmasına baxmayaraq, bu xüsusda da bəndələrinə həddi aşmamağı əmr etmişdir: “Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) yolçuya da haqqını ver, amma (əlindəkinilüzumsuz yerə) dağıdıb səpələmə!” (İsra, 26). Bütün bu xəbərdarlıqlardan sonra ifratçılığın Allah qatında bəyənilməyən, hətta daha dəqiq  desək, qətiyyətlə pislənilən əməl olduğunu görərik. Allahın əmrlərinə uyğun olaraq İslam Peyğəmbəri (s) də bunu israrla buyurmuş vəöz davranışları ilə bütün müsəlmanlara nümunə olmuşdur:“Bir qrup adam Peyğəmbərin həyat tərzi ilə tanış olduqdan sonra etdikləri ibadət onlara az görünür və ibadətlərini artıracaqlarına dair söz verirlər. Onlardan biri: “mən gecələr yatmayıb namaz qılacağam”, digəri: “mən oruc tutacağam və orucsuz gün keçirməyəcəyəm”, üçüncüsü isə: “mən qadınlarla evlənməyəcəm” — dedi. Bu xəbər Peyğəmbərə (s) yetişdikdə, o dedi: “Bu sözləri deyən camaata nə olub? Mən oruc tuturam da, tutmuram da. Gecəni namaz qılaraq da keçirirəm, yataraq da. Eləcə də qadınlarla evlənirəm. Kim sünnətimdən üz döndərərsə, məndən deyil” (Buxari). Dində ifratçılıq dinin əsl mahiyyətini dərk etməyə imkan vermədiyi kimi, həm də bəzi hallarda  radikallığın, terrorçuluğun yaranmasına və yayılmasına səbəb olur.  Bu isə öz növbəsində heç də yaxşı olmayan nəticələrə gətirib çıxarır.Dini mənfi tərzdə cəmiyyətə açılamaq üsulu olan və ifratçılığa gətirib çıxaran dini radikalizm də İslam pirinsiplərinə tamamən ziddir və Allahın, Onun Peyğəmbərinin (s) qanunlarına tabe olmamaqdır. Dində radikal mövqe tutanlardini əsas mahiyyətindən uzaqlaşdıraraq onudar aspektdən, müəyyən çərçivəyə salaraq insanlara çatdırır, dini baxışlarını isə sərt, bəzən hətta təcavüzkar üslubda qəbul etdirməyə çalışırlar. Bu cür fikirli insanlar dini siyasiləşdirərək demokratiyaya, ölkənin və cəmiyyətin inkişafına qarşı çıxırlar. 
İslam qanunları isə radikalizimdən də uzaqdır. Allah Quranda möminləri təsvir edərkən mülayim olmağı, qarşıdurmadan çəkinməyi, düşmən mövqedə olanlara qarşı da dost kimi yanaşmağı əmr edir. Uca Yaradan insanlarla gözəl davranmağı, onlara qarşı mərhəmətli olmağı əmr etmişdir: “(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (Nəhl surəsi,125). Başqa ayələrdə isə dində ifratçı, zoraçı davranışlar nümayiş edənlərə qarşı ciddi xəbərdarlıq edilir və bu davranışlarından əl çəkmədikləri təqdirdə cəzalandırılacaqları buyurulur: “Həqiqətən, Cəhənnəm pusqudur. O, həddi aşanların (azğınların)məskənidir. Onlar orada sonsuz müddət qalacaqlar” (Nəbə surəsi, 21-23)və ya “Ey iman gətirənlər! Allah`ın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (Maidə surəsi, 87). Bu mövzuda İslam Peyğəmbərinin (s) fikirləri də məlumdur: "Kim mülayim olmaqdan məhrum olarsa, artıq bütün xeyirlərdən mərhum olmuşdur" (“Səhih Müslim”, hədis 6543). Əsl müsəlman heç bir halda nə terrorizmə, nə də ekstremizmə meyil etməz. Əgər kimsə insanlara zor tətbiq etməklə, bədbəxtçilik və səfalət gətirməklə məqsədinə çatacağına ümid edirsə, o, açıq şəkildə Allahın haqq yolundan azmışdır. Hər bir şəxsin  qəlbində sülh və sevgi hökmranlıq etməlidir. Bu hal onu güclü və müdrik edər, zorakılığın ruhuna hakim olmasına yol verməz.
Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, dində ifratçılıq, radikalizm, terrorizm və bir çox mənfi hallar cahillikdən yaranır. Heç şübhəsiz ki, mövcud bütün  mənfi halların qarşısının alınması, gələcəkdə gənclərimizin dini ekstremizmin, radikalizmin, terrorizmin qurbanına çevrilməmələri üçün əsas vasitə dini maarifləndirmədir. Gənclərimizin kənar qüvvələrin təsirlərindən qorunması üçün din saf şəkildə, ifratçılıqdan, təhriflərdən uzaq formada çatdırılmalıdır. Dini maarifləndirmə isə nəticə etibarı ilə hər bir vətəndaşın İslam dinini təhrifsiz və daha mükəmməl öyrənməsinə gətirib çıxaracaqdır.
Ümummilli Lider Heydər Əliyevin dövrümüzün reallığı ilə səsləşən bu sözlərini xatırlamaq və özümüzə mayak bilmək hər birimizin borcudur:“Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini və mənəviyyatını zədələsinlər”.

DQİDK-nın əməkdaşı,
Rima Hacıyeva 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ekstremizm-terrorizmin barıt çəlləyi