Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dinin siyasiləşməsi ideoloji təhdiddir

 Müasir dünyamızda baş qaldıran və minlərlə günahsız insanın ölümünə səbəb olan dini zəmində müharibə və qarşıdurmaların meydana gəlmə səbəblərinin aydınlaşdırılması xüsusi aktuallıq kəsb edir. Sözsüz ki, demoqrafik məsələlərdən tutmuş, ölkələrin coğrafi mövqeyi, hegemon dövlətlərin maraqlarına qədər müxtəlif amillər səbəb kimi çıxış edir. Lakin bu məsələdə dinin əsl mahiyyətindən çıxarılaraq siyasi məqsədlərin həyata keçirilmə vasitəsi kimi istifadəsi aparıcı rol oynayır.
Məlumdur ki, XX əsrin sonlarında Sovet İttifaqının dağılması və “soyuq müharibə”nin başa çatmasıyla sosializm və kapitalizm sistemlərinin ideoloji qarşıdurması öz aktuallığını tamamilə itirmişdir. Beynəlxalq arenada dövlətlərin siyasi, iqtisadi və digər maraqlarının təyin edilməsində kulturoloji faktor hakim mövqeyə yüksəlmişdir. Bir halda ki din istənilən mədəniyyətin birbaşa və bilavasitə əsası sayılır, onda belə demək mümkünsə, sivilizasiyalar din vasitəsilə ifadə olunmağa başlamışlar: “pravoslav dünyası”, “qərbi-xristian sivilizasiyası”, “İslam dünyası” və s. Belə olan təqdirdə, güclənən dini bənzərsizlik tendensiyası dövlətin ənənəvi dünyəvilik modeliylə ziddiyyət təşkil etməklə, sosial-siyasi mənzərəsində dini ənənə məsələsinin qabardılması ilə nəticələnmişdir. Bununla da, siyasi müstəvidə ənənəvi idarəetmə strategiyasının effektsizliyi şəraitində mədəni, dini və sivil müxtəliflik üçün yeni tənzimləmə üsulunun axtarışına ehtiyac yaranmışdır. Təbii ki, yeni formalar dini çalar daşımalı, bu və ya digər sosial məqsədlərin reallaşmasını təmin etməli idi. Məsələn, dini ideologiya dövlət strukturlarını təkmilləşdirməli (1868-ci ildən sonrakı dövrdə Yaponiya kimi) və yaxud konfessional idarəetmə mexanizmi yaratmalı idi (müasir İran İslam Respublikası).
İlk növbədə qeyd edək ki, siyasiləşmiş din və ya dinin siyasiləşməsi özlüyündə dini siyasətə qarşı qoyur və hər hansı lokal hadisəyə ümumdünyəvi xarakter bucağından baxır. Daha aydın ifadə etsək, siyasiləşmiş din dini və siyasi hərəkətləri əlaqələndirən vasitəçi din və ideologiyanın vəhdətini özündə təzahür etdirir. Belə bir vəziyyətdə din siyasi mahiyyət daşıyır ki, onun tərəfdarları digər dinlərin ardıcıllarına qonşu və ya eyni əqidə daşıyıcısı gözü ilə deyil, əksinə, düşmən gözüylə baxır. Başqa sözlə desək, insanlar arasında konfessional müxtəliflik siyasi parçalanmanın baş verməsində aparıcı faktor kimi çıxış edir. Siyasiləşmiş dinin ən qorxulu tərəfi odur ki, o, dini münasibətləri “dost-düşmən” münasibətlərinə sürükləyir. Bu isə öz növbəsində, ksenofobiya və dini zəmində zorakılıqlara birbaşa yol açır.
Günümüzdə bir sıra ölkələrdə siyasiləşmiş din cəmiyyətin siyasi həyatında iştirakını partiya strukturları vasitəsilə həyata keçirir. Məsələn, Pakistan İslam Liqası, Mərakeş İstiqlaliyyət Partiyası, Əlcəzair Milli Xilasın İslam Cəbhəsi, o cümlədən İran İslam Respublikasında bütün partiyalar. Qeyd edək ki, ərəb, fars kimi millətlər hazırda mövcud olduqlarına görə daha çox din faktoruna borcludurlar. Millilik amilinin də nəzərə alındığı bu ölkələrdə İslam ideyası dövlətin rəsmi ideologiyası kimi qəbul edilir.
Bu gün İslam Avropanın ictimai həyatında vacib faktora çevrilmişdir ki, onu nəzərə almadan təkcə “Köhnə Qitə”nin deyil, ümumiyyətlə, dünyanın gələcək inkişafı barədə ciddi proqnoz vermək mümkün deyil. İslam bir din kimi dünya nizamı üçün heç bir təhdid mahiyyəti daşımır. Təhdid və qorxuya o zaman çevrilə bilər ki, dini mahiyyətini itirsin, bir ölkəni, regionu və gələcək ümumdünya xəlifəliyinin qurulması məqsədilə hakimiyyəti ələ keçirməyə cəhd edən siyasi ideologiya kimi istifadə edilsin. Avropalı ekspertlərin və siyasətçilərin çoxu hələ də yekdil fikrə gəlməyiblər ki, islamçıların hakimiyyətə gətirilməsi demokratiyanı möhkəmləndirəcək, yoxsa onlar özlərini rüsvay edərək siyasi səhnəni tərk edəcəklər. Lakin müşahidələr deməyə əsas verir ki, İslamın siyasiləşməsi dünyanın heç bir yerində inkişafa, sülhə və əmin-amanlığa xidmət etməmişdir. Belə ki, Suriyada və İraqda baş verən hadisələrə nəzər saldıqda hakimiyyət uğrunda silahlı mübarizə aparan dini qrupların qarşıdurmasından xalqın nə qədər ziyan çəkdiyini görürük. Eləcə də Əlcəzairdə, Sudanda, Pakistanda, Əfqanıstanda “siyasi İslam” qruplarının hakimiyyət uğrunda qanlı mübarizəsi yaxın tariximizin və günümüzün bariz nümunələridir. Həmçinin, ötən ilin iyul ayının 15-də Türkiyə Respublikasında hakimiyyət əleyhinə çevriliş cəhdilə əlaqədar cərəyan etmiş proseslər dini siyasətlərinə alət etmək istəyən qrupların ekstremist fəaliyyətinin nəticəsidir.
Dinin siyasətə alət edilməsi (başqa sözlə, fundamentalizm) heç şübhəsiz, milli-dünyəvi dövlət quruluşuna qarşı yönəlmişdir. Təəssüfləndirici haldır ki, fundamentalizm deyəndə Qərb dünyası yalnız İslamı düşünür. Halbuki, Hindistanda Ayodha məscidinin fundamentalist hindlilər tərəfindən dağıdılmasından və yaxud erməni terrorçularının Dağlıq Qarabağda İslam abidələrini məhv etməsindən  bəzi imperialist dairələr heç danışmaq belə istəmir.
Lakin etiraf etmək lazımdır ki, müasir dövrdə İslamın siyasiləşməsi, başqa sözlə, “islamçılıq” adlı virusun dayanmadan inkişafı qlobal xarakterli təhlükəli tendensiyadır. İslamçılar düşünür ki, İslamın özü elə siyasətdir və islamçılığın kökləri Peyğəmbər dövrünə gedib çıxır. Həqiqətdə isə o, Şərqin siyasi sistemilə İslam normalarının sintezinə cəhd edilməsi sayəsində meydana çıxan yeni məfhumdur. Tədqiqatçıların fikrincə, islamçılıq XIX əsrin sonlarında meydana gəlmiş, XX əsrin əvvəllərində Osmanlı dövlətinin süqutu, “İslam camaatı” və “Müsəlman qardaşları” kimi təşkilatların yaranması ilə daha da inkişaf etmişdir. “Müsəlman qardaşları”nın “İslam – bütün problemlərin həll yoludur” çağırışı Misirdə və digər ərəb ölkələrində siyasi mübarizələrdə geniş istifadə edilmişdir. İmperialist qüvvələrin sərt siyasəti nəticəsində müsəlman torpaqlarının zəbt edilməsi yerli əhalini qəzəbləndirmişdir ki, bu da islamçılıq ideologiyasının təşəkkülündə özünəməxsus rol oynamışdır. Bundan başqa, islamçılığın təşəkkülünə Yaxın Şərqdə və Şimali Afrikada diktator rejimlərin yaranması da müsbət təsir göstərmişdir. Qeyd edək ki, bu proses panarabizm (ərəb millətçiliyi) hərəkatının meydana gəlməsi və yayılmasıyla eyni vaxtda vüsət almışdır. Diktator rejimlər tamahkar məqsədlərini həyata keçirmək üçün hakimiyyətlərinin legitimliyini göstərmək məqsədilə sosialist ideyalardan geniş istifadə etmişlər. Beləliklə, milli-azadlıq hərəkatı imkan yaratmışdır ki, İslam siyasi alət kimi istifadə edilsin.
İslamın siyasiləşmə prosesi XX əsrin 2-ci yarısında daha geniş vüsət almışdır ki, bunun da əsas səbəbi ərəb ölkələrinin İsraillə müharibədə məğlubiyyəti, Fələstin probleminin kəskinləşməsi, panislamizm və panarabizm ideyalarının yayılma coğrafiyasının genişlənməsi idi. Lakin qeyd etmək lazımdır ki, islamçılığın ciddi dini-siyasi güc kimi dünya reallığına təsiri 1979-cu ildə İran inqilabı zamanı baş vermişdir. Belə ki, Ayətullah Xomeyni və onun tərəfdaşları İslam dinini dövlət ideologiyasına çevirmişlər. Xomeyni israrla sübut etməyə çalışmışdır ki, İslam siyasi-dini elmdir. Yəni siyasət ibadəti, ibadət isə dini tamamlayır.
İslam fundamentalistlərinin dövrümüzdə irəli sürdüyü ən güclü ideya “camaatçılıq”dır. Bu ideyanın məqsədi ilkin mərhələdə müsəlman icmalarını “camaatlar” adlanan strukturlarda təşkilatlandırmaq və onlara şəriət qaydalarına uyğun yaşamağı öyrətmək, sonrakı mərhələdə isə vəziyyətə uyğun olaraq ən müxtəlif vasitələrlə dünyəvi dövlət strukturlarını dağıtmaq, ictimaiyyəti dindarlaşdırmaqdır.
Sonda qeyd etmək istərdik ki, Azərbaycanda İslamın siyasiləşməsi ehtimalı yoxdur. Ölkəmiz çoxkonfessiyalı olduğundan, ayrı-ayrı dini cərəyanların, məzhəblərin vahid ideya ətrafında birləşməsi real deyil. Habelə, vurğulamaq lazımdır ki, Azərbaycanda dini proseslər camaat sisteminə dayanmır, dini dünyagörüşü “köçürmə” mahiyyəti kəsb edir. Belə ki, bəzi qüvvələr İranda, digərləri isə Türkiyə və Səudiyyə Ərəbistanında olan dini modelin ölkəmizə inteqrasiyasına çalışırlar. Lakin milli təhlükəsizliyə daha çox diqqətin ayrıldığı hazırkı vəziyyətdə xarici təriqət modellərinin Azərbaycanda siyasi hərəkata çevrilməsi ehtimalı yoxdur. Ona görə  də yaxın gələcəkdə siyasiləşmiş İslamın ölkəmizdə hakimiyyət məsələsinin həllində aparıcı rol oynaması, ümumiyyətlə, real görünmür.
 
Aqşin Axundov,
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dinin siyasiləşməsi ideoloji təhdiddir