Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam düzgün anlaşılmayanda

Bu gün dünyada özəlliklə, ərəb dünyasında baş verən qarşısıalınmaz olaylar, İslamla bağlı bütün bilgilərin üzərinə kölgə salır. Qurana və sünnətə heç bir aidiyyəti, yaxınlığı olmayan bu hadisələr, təəssüf ki, İslam dini adı altında vüsət tapır. Lütfən, deyin, qaba və kobud davranmaq, şiddətə baş vurmaq, xarici güclərin oyunlarına asanlıqla gəlmək, düşməni boş verin, öz millətinə, öz ümmətinə qarşı dəhşətli qətliamlar törətmək nə vaxtdan İslamın, müsəlmanlığın yarlığı olmuşdur?
İslama dəvət hər zaman, hətta qiyamətə qədər keçərlidir. Bu gün baş verənlərin qarşısında insan heç övladını, atasını, anasını belə, dinə dəvət edə bilmir. Bu barədə düşünmək o qədər zor ki! Açığını deyim ki, bu ərəfələrdə müsəlman olmağa hazırlaşan bəzi soydaşlarımızın İslamdan qəti imtina etdiyini də eşitdim. Hadisələr olduqca üzücüdür. Ancaq bu ürəkağrıdan oyunların qarşısında aciz qalmış müsəlman dünyasının hazırkı durumunun gerçək mahiyyətini, mən bir inanan insan kimi, İlahi təqdirə bağlamadan keçə bilmirəm. İnanıram ki, müsəlmanlar növbəti sınaq ərəfəsindədirlər. Bu sınaqdan biabırcasına deyil, Allahın lütfü ilə səbir və təmkinlə çıxmaq əzmini müsəlmanlar heç vaxt itirməməlidirlər. Çünki ox yaydan artıq çıxmış görünür. Hər bir müsəlman bu ərəfədə başbilən olmalı, ən azı, özünə sahib çıxmalıdır. Hər hansı ağılsızlığın ilk növbədə onun özünü uçuruma apardığının fərqində olmalıdır.
Birmənalı şəkildə qəbul etməliyik ki, hədəf İslamdır, müsəlmanlıqdır, Kəbədir. Həzrət Məhəmməddir (s), QuraniKərimdir! Hədəf müsəlmanların ötə dünyası, qaib aləmindəki durumudur! İndi şər qüvvələr öz üzərinə düşən vəzifələri o qədər mədəni şəkildə həyata keçirilər ki, zülm çəkən qayıdıb zalımın özündən mərhəmət istəyir. Gerçəkdən oyunun qaydaları incəliyinə qədər o qədər mükəmməl işlənib ki, burda nəfəs almağa da yer qoymayıblar. Şərin təşkil etdiklərinin axınına qapılıb zalım da, zülm çəkən də İslam və müsəlmanlıq adına yazılır. Onların dovşana qaç, tazıya tut deyən bir dönəminə gəldik. Kim diktə edirsə, kim yönəldirsə, zaman da, tarix də, dünya da ona işləyir. Adamın cızdağını çıxaran isə şərin bu qədər mədəni, mərhəmətli, sevgili görünməsidir! Sənin başını kəsib dərini soyub məzarını qazdıranı xilaskar bilirsən! Budur acınacaqlı, budur bağışlanılmaz vəziyyət. Heç olmasa müsəlman dünyası düşməninin kim olduğunu, atılan daşların hansı səmtdən atıldığını birmənalı şəkildə dərk edib, bəsirət gözlərini açaraq şərin varlığını qəbul etsə, dərd yarı olardı.
Topların lüləsini dinc sakinlərin, uşaqların kompakt yaşadığı yerlərə tutaraq “Allahu Əkbər” deyib tətiyi çəkirlər. Qarşı tərəfdə də “Allahu Əkbər”, “lə ilahə illəllah“ deyib gözlərini qan içində yumurlar. Vuran da Həzrət Məhəmməd (s) eşqinə, Allah rizası ilə savaşdığını deyir, ölən də. Bu yerdə az qalır ki, adam inancımızın bizə qarşı gəldiyini, bizi qəbul etmədiyini, inancımıza aldandığımızı bağıra-bağıra aləmə car çəksin. Doğrudanmı XXI əsrin insanları bu qədər cəhalət içində batıb gedirlər? Bəs bizim VI əsrə qədər diri-diri qız uşaqlarını torpağa basdıran şüur və təfəkkürdən nə fərqimiz var? Biz VI əsrdə diri-diri qız uşaqlarını torpağa basdıran şüur və təfəkkürdən nə qədər uzaqlaşmışıq? Biz hələ də İslamaqədərki zaman kəsimində öz günahlarımızı və şüursuzluğumuzu böyütməklə məşğuluq. Bizə elə gəlir ki, uçağa, qatara, avtomobilə minməklə, oxyay, qılınc yerinə raket istifadə etməklə daha qabaqcıl, daha uzaqgörənik?! Bu ki, nadanlıqdır!
Gözümüzün qarşısında baş verənləri analiz edərkən, isbata ehtiyacı olmayan qənaətə gəlirik: bu günün müsəlman dünyası Quranı, Peyğəmbəri (s), Allahı düzgün anlamadı, başa düşmədi və doğru yaşamadı! Doğrular ortaya belə bir sonuc çıxara bilməzdi qətiyyən!!! Hər şeyin sonucuna baxarlar, deyiblər.
Müsəlmanlar İslamı yenidən qəbul etməli, Quranı yenidən dərk etməlidir. Müsəlmanlar Allahın varlığı, təkliyi, birliyi mövzusunda yenidən inanc və şüurlarını işə salmalıdır. Müsəlmanlar onlara əsrlərdir gətirəcək bəla və bədbəxtliyin bütün konturlarını, yönlərini, özəlliklərini öyrənib, dərk edərək çözmək məcburiyyətindədirlər. İslam dini müsəlmanların günlərini qara etmək və yer üzündən silmək üçün dünyaya göndərilməmişdir! Uca Allah Quranı dünyaya müsəlmanları bir-birinin üzərinə hücum edib qanlarını su yerinə axıtmaq üçün endirməmişdir. Uca Allah müsəlmanların bu şəkildə, rəzilcəsinə öldürülərək belə “şəhid edilməsi” üçün LövhüMəhfuzdakı lövhələrdən Məhəmməd peyğəmbərin (s) varlığına ayələri bu şəkildə, bu anlamda, bu niyyətlə göndərməmişdir!

Xanəmir Telmanoğlu

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam düzgün anlaşılmayanda