Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Halal qazanc

Uca Yaradan insanların hər iki dünyada xoşbəxt olmaları üçün Yer üzünə İslam dinini göndərmişdir. Dinimizin yaxşılığı əmr edib, pis əməllərdən çəkindirməkdə məqsədi də insanların dünya həyatında xoşbəxt olması, axirətdə isə Cənnəti qazanmalarıdır.
İnsan təbiətindəki mal-mülk əldə etmə arzusu anadagəlmə xüsusiyyətdir. Bu arzunun xəsisliyə, mal hərisliyinə dönüşməməsi, insanı və cəmiyyəti fəlakətə sürükləməməsi üçün Allah-Təala bizi xəbərdar etmişdir. Yalan, böhtan, faiz, rüşvət, oğurluq, korrupsiya, xalqın malını yemək, verilən vəzifəni layiqincə yerinə yetirməmək kimi bütün pis davranışların qadağan edilməsi də bu səbəbdəndir.
Bəs görəsən, dinimiz nəyi halal, nəyi haram buyurmuşdur?
Haram dində edilməsi və ya yeyilib-içilməsi qadağan olunan şey deməkdir. Dini ədəbiyyatda haram buyurulmuş şeylərə “muharramat” da deyilir. İslam alimlərinə görə, haramdan çəkinənlər savab, onu işləyənlər isə günah qazanarlar.
Halal isə icazə verilmiş, haqqında dini qadağa və məhdudlaşdırma olmayan dini-hüquqi hökmü ifadə edir.
Halal qazanc və ya halal loxma dinimizin ehkamlarına uyğun əldə edilən gəlir və qazanılan ruzidir. Qazancın və yeyilən çörəyin halal olması üçün hər şeydən əvvəl, doğru işlərlə məşğul olmalı, üzərimizə düşən vəzifələri vicdanla, yəni “heç kim görməsə də, Rəbbimiz görür” prinsipi ilə yerinə yetirməliyik.
Halal-haram məsələsi dinimizin çox önəm verdiyi mühüm məsələlərdəndir. Çünki istər sonuncu Səmavi Kitabda, istərsə də hədislərdə haramın insanlığı məhvə sürükləyəcəyi, bəşər övladını dünya və axirətdə pərişan edəcəyi, Allah və bəndə haqqının tapdalanmasına gətirib çıxaracağı barədə xəbərdarlıq edilir. Halal və haram məfhumunu yaxşıca dərk etmək üçün Peyğəmbərimizin (s) bu hədisini xatırlamaq kifayət edər: “Halal olan şeylər bəllidir, haram olan şeylər də həmçinin. Bu ikisi arasında halal və ya haram olduğu şübhəli qalan şeylər vardır. İnsanlardan çoxu bunu bilmir. Şübhəli mövzulardan çəkinənlər dinini və ismətini qorumuş olar. Şübhəli şeylərdən çəkinməyənlər isə get-gedə harama dalar. Necə ki, hər padşahın girilməsini qadağan etdiyi ərazisi vardır. Allahın qadağan ərazisi də haram qıldığı şeylərdir. Xəbəriniz olsun ki, insan bədənində kiçik bir ət parçası var ki, bu ət parçası sağlam olsa, bütün bədən sağlam olar. Əgər o, pozulsa, bütün bədən pozular. Bilin ki, bu ət parçası insanın ürəyidir” (“Səhihi-Buxari”).
Əvvəldə haram qazancın insanlığı məhvə sürüklədiyini söylədik. Məsələni daha yaxşı anlamaq üçün Müqəddəs Kitabımızda haqqında bəhs olunan Mədyən qövmündən ibrət almaq lazımdır.
Qurani-Kərimdən anlaşıldığına görə, Mədyən xalqı ticarətlə məşğul olan qədim bir toplum olmuşdur. Onlar ticarətdən əldə etdikləri yüksək gəlirlə bolluq içərisində yaşayırdılar. Lakin onlar ticarətdə ədalətli olmaq əvəzinə, doğruluq və dürüstlük yolundan azdılar. İnsanları aldatdılar. Uca Allah da bütün cəmiyyətlərə pis əməllərdən çəkindirən elçilər göndərdiyi kimi, mədyənlilərə də doğru yola qayıtsınlar deyə Şüeyb (ə) peyğəmbəri yollayaraq xəbərdar etdi. “əl-Əraf” surəsinin 85-ci ayəsində həmin hadisəyə belə diqqət çəkilmişdir: “Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!”.
Öz peyğəmbərlərinin xəbərdarlığına qulaq ardına vuraraq pis əməllərinə davam edən Mədyən xalqı Uca Yaradan tərəfindən qorxunc səslə həlak edilmişdir.
Peyğəmbərimizin (s) Mədinəyə hicrətindən sonra ilk nazil olan “əl-Mutaffifin” surəsinin ilk ayələri də məhz halal qazanc baradə idi: “Vay halına çəkidə və ölçüdə aldadanların!”
Müsəlman qeyri-qanuni yollarla qazanc əldə etməkdən çəkinməli, ruzisinin haradan və necə gəldiyinə diqqət yetirməli, gəliri təmiz olmalı, həm özünü, həm də ailəsini halal qida ilə bəsləməlidir. Eləcə də Allah yolunda xərcləyəcəyi pullar da (verdiyi zəkat və iftarları, xeyriyyə aksiyaları və s.) təmiz yollarla qazanılmalıdır. Çünki haram yollarla qazanılmış pulların bu məqsədlə xərclənməsinin heç bir faydası yoxdur.
Haram yolla əldə edilən sərvət və qazanc nemət deyil, dərddir. Bu gəlir dünyada fayda verməyəcəyi kimi, axirətdə də əzabdan başqa bir şey deyil. Dünya həyatı oyun və əyləncədən ibarətdir. Mal-mülk müvəqqəti dünya həyatının bəzəyidir. Əsl əbədi nemət və gözəlliklər isə Allah qatındadır.
Gəlin, müvəqqəti dünyanın ötəri bəzəklərinə aldanmayaq. Haram qazanc əldə edib, haram loxmanı alov parçası kimi dərk edək. Hesabını verə bilməyəcəyimiz şeylərin ardınca getməyək.
Gəlin, cəmiyyət malına əl uzatmayaq, oğurluq etməyək, haqsız qazancdan vaz keçək.
Uca Rəbbimiz hamımıza halal qazanc əldə edib, halal loxma yeməyi nəsib  etsin. 

Vüqar HÜMMƏTOV,
İlahiyyatçı

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Halal qazanc