Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslamda böyüyə hörmət, kiçiyə mərhəmət prinsipi

Böyüklərə hörmət və kiçiklərə qayğı hər bir insanın mənəvi borcudur. Hörmət dedikdə böyüklərə, yaşlılara göstərilən qayğı nəzərdə tutulur. İnsanların da hər zaman qayğıya və hörmətə ehtiyacı olur.
Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Hər bir valideyn övladına bu hissləri öz davranışları ilə göstərməyə çalışmalıdır. Çünki məhz həmin övladlar gələcəyin ailə başçılarıdır.
İslam dini böyüklərə hörmətsizlik göstərən müsəlmanı təkcə yüngül bir qınaqla deyil, həmçinin sərt cəzalarla xəbərdarlıq etmişdir. "Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyil!” (Bihar, 72-ci cild, səh-458; Tirmizi, Birr 15; Əbu Davud, Ədəb 58). Alimlər hədislərdə vurğulanan "bizdən deyildir” ifadəsini “haram əmələ və ya böyük günaha yol vermişdir” kimi açıqlamışlar. Cəmiyyətin varlığını qoruyub saxlayan, böyüklərlə kiçikləri bir-birinə bağlayan, cəmiyyətin hər bir fərdi arasında mehribançılıq toxumu səpən bu meyar müstəsna əhəmiyyətə malikdir. Başqa bir hədisdə isə buyurulur: "Kim insanlara rəhm etməzsə, qüdrətli və əzəmətli Allah da ona rəhm etməz” (Cərir).
Böyüklərə hörmət etmək, kiçiklərə qayğı göstərmək cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir. Kiçikliyində qayğıdan məhrum olan fərdlər ömürlərinin qalan hissəsini bu duyğudan məhrum halda yaşayacaqlar. Bu amil isə cəmiyyətdə yeni problemli məsələlərin ortaya çıxmasına səbəb olacaqdır. Ömürlərini övladlarına həsr etmiş valideyinlərin özlərinin qayğıya möhtac olduqları bir vaxtda yanlarında olmaq hər bir övladın üzərinə düşən əsas insani vəzifələrdəndir. Bəzən biz valideynlərini qocalar evinə atan övladları, gələcəklərini düşünməyərək övladlarından imtina edən valideynləri görə bilərik. Halbuki, bir çox ziyalı və mütəfəkkirlərimiz bu davranışın məqbul hesab edilmədiyini dəfələrlə vurğulamışlar.
Allah-Təala Qurani Kərimin İsra surəsinin 23-cü və 24-cü ayəsində belə buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisini mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de”.
Böyüklərə hörmət həm də ona görə əhəmiyyətlidir ki, bizim dünyaya gəlməyimizdə, şəxsiyyət kimi formalaşmağımızda onların rolu böyükdür. Yəni, bu danılmaz faktdır ki, Uca Yaradan məhz onların vasitəsilə bizə bu dünyanı bəxş etmişdir. Bütün bunları nəzərə alsaq böyüklərimizin bizim üzərimizdə nə qədər böyük haqqlarının olduğu aşkardır. Bunun üçün hər bir insan ilk növbədə onu dünyaya gətirən, körpə vaxtlarından onun qayğısını çəkən, boya-başa çatdıran valideynlərinə qarşı həlim və mehriban olmalıdır. Peyğəmbərimiz (s) buyurmuşdur: "Valideyn razı qalarsa, Allah da razı qalar. Valideyn qəzəblənərsə, Allah da qəzəblənər” (Ət-Tirmizi).
Böyüklər də öz növbəsində Allah-Təalanın böyük hədiyyəsi və sonsuz lütfünün göstəricisi olaraq dünyaya gətirdikləri övladlarına qayğı və nəvazişlə yanaşmaq, onlara məhəbbət göstərmək məcburiyyətindədirlər. Yəni, hər bir valideyn bu missiyanı özü üçün bir vəzifə olaraq qəbul etməlidir. Necə ki, böyüklərə hörmətsizlik etmək, onlarla qəzəblə rəftar etmək, sözlərinə qulaq asmamaq İslamda bəyənilməyən əməllərdən hesab olunursa, eləcə də kiçikləri incitmək, sözlərinə əhəmiyyət verməmək, başqalarının yanında onları təhqir etmək də dinimizin prinsiplərinə uyğun olmayan davranışlardır. 
Həqiqətdə böyüklərə hörmət, kiçiklərə qayğı hər bir bəşər övladının daxilindən gələn yüksək əxlaqi dəyərdir. İslam dini belə əxlaqi dəyərlərin qorunmasını, insanlığa təkcə tövsiyə deyil, həmçinin vacib buyurmuş, adı çəkilən dəyərlərə xələl gətirməyi isə qadağan etmişdir.Allahın Rəsulu (s) buyurmuşdur: “Saçı-saqqalı ağarmış yaşlı müsəlmana hörmət edib qayğı göstərmək Allaha hörmətdən irəli gəlir” ( Əbu Davud, Ədəb 23).
İslam dini hər zaman insanları böyüklərə qayğı göstərməyə təşviq etmişdir. Bunu Həcc ziyarəti nümunəsində görə bilərik. İslamın beş əsasından biri olan Kəbə evini ziyarət etmək üçün kifayət qədər mala sahib olan yaşlı təbəqə taqətsizlik ucbatından bu ibadəti icra edə bilmirsə, böyüklərə hər zaman qayğı göstərən kamil dinimiz onların əvəzinə başqa adamın Həcc ziyarətinə getməsinə icazə vermişdir. Böyüklərə hörmət mövzusunda İslam peyğəmbərinin daha bir kəlamında göstərilir: «Böyükləri uca tutun. Allahı uca tutmaq böyükləri uca tutmaqla mümkündür» (Bihar, 72-ci cild).
Həmçinin, böyüklərə hörmət, kiçiklərə qayğı bir-birilə sıx bağlı olan əxlaqi normalardandır. Belə ki, əxlaqlı və sağlam ailədə gözəl tərbiyə alan uşaqlar böyüklərə hörmət hissi formalaşmış potensial vətəndaşlar olacaqlar. Məhz bu səbəbdən də belə məsələlərə daha çox diqqət yetirmək lazımdır.
Ailədə uşaqlar hər zaman valideynlərlə məsləhətləşməli və onların məsləhətlərinə əməl etməlidirlər. Belə münasibət uşaqlarda böyüklərə hörmət düşüncəsinin inkişaf etməsinə kömək edəcəkdir. Valideynlərin öz ata və analarına qarşı hörmətlə davranması uşaqlar üçün gözəl təlim və tərbiyə nümunəsidir. Valideynlər öz ata və analarına münasibətlərində ehtiramla və nəvazişlə davranarlarsa, uşaqlar da bunu vəzifə kimi qəbul edərək, valideynlərinə və başqa böyüklərə hörmətlə yanaşmağa çalışarlar. Ümumiyyətlə ailə daxilində böyüklərlə kiçiklər arasında mehribançılıq və  qarşılıqlı hörmət ailənin möhkəmliyinin göstəricisidir. İmam Əli (ə) bu barədə belə buyurur: «Ailənin kiçiyinə mərhəmət göstər, böyüyünə isə hörmət» (Bihar, 72-ci cild).
Uşaqlar böyüklərə necə hörmət edilməli olduğunu gündəlik həyatda görməlidir ki, onu dərk edə bilsinlər. Əks halda, valideynlərin sadəcə nəzəri cəhətdən uşaqlara hörmət etməyin nə olduğunu öyrətməsi yararsız olacaqdır.
Yaşadığı ailədə öz böyüyünə, çalışdığı müəssisədə rəhbərinə, yaşadığı cəmiyyətdə həmin cəmiyyətin böyüklərinə hörmət göstərməyən, məsləhətlərinə əməl etməyən, tövsiyələrinə biganə qalan şəxs nə vətəninin, nə torpağının, nə qohum-əqrabasının, nə də doğmalarının qədrini bilər. Böyüklərə hörmət hissinə malik olmayan şəxs həyatda heç bir uğur qazana bilməz.
 Böyüklərə hörmət Azərbaycan xalqının adət-ənənəsidir. Bu ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir və çox qədim tarixi köklərə söykənir. Əcdadlarımız özündən böyüklərə, kiçiklərə və ətrafdakı insanlara daim qayğı göstərmiş, onlara sevgi ilə yanaşmış, kimliyindən asılı olmayaraq hər kəsə ehtiramla davranmağa böyük önəm vermişlər. Böyüklərə hörmət hissi əsrlər boyunca əcdadlarımız tərəfindən cilalanmış, insanın mənəvi dünyasının bütün xüsusiyyətlərini özündə ehtiva edən formada nəsildən-nəslə ötürülmüş və müasir gənc nəsilə çatdırılmışdır. Həmin tərbiyə metodu günümüzdə istər ailədə, istərsə də cəmiyyətdə etik norma kimi əsas yer tutur.
 
 Rövşən Nəzərov
 İlahiyyatçı
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslamda böyüyə hörmət, kiçiyə mərhəmət prinsipi