Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dostluq və yoldaşlıq dinidir

İnsan ictimai varlıq olduğundan, həyatı boyu digərləri ilə münasibət və ünsiyyətə ehtiyac duyur. Dolayısıyla, hər bir bəşər övladı keşməkeşli həyat yolunda rastlaşdığı problem və çətinlikləri həll etmək üçün ətrafdakı insanların köməyinə möhtacdır. Dünya həyatının maddi-mənəvi sıxıntılarının dəf edilməsində dostların özünəməxsus payı vardır. Məhz bu baxımdan dostluq insanlar arasında sevgi və səmimiyyətə söykənən sarsılmaz münasibətlər məcmusudur.
Dinimiz həyatımızda oynadığı mühüm rol baxımından dostluq münasibətlərinə xüsusi diqqət ayırır. Müsəlmanların bir-birini dost tutması, qoruması və qarşılıqlı dəstək olması Allahın onlara əmridir. Qurani-Kərimdə bu barədə ayələr kifayət qədərdir: “Mömin kişilər və qadınlar bir-birinin vəlisidir (dostudur)” (Tövbə, 71). “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbəri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa, 69). “Həqiqətən, möminlər (dində) qardaşdırlar” (Hucurat, 10) və s.
Dost seçərkən onun əxlaq və davranışlarına, şəxsiyyət və kimliyinə diqqət yetirilməlidir. Yaxın dostlar özlərindən asılı olmayaraq, bir-birinin təsiri altına düşərək davranışlarını təkrarlayır, tədricən həyat tərzlərini və əməllərini eyniləşdirirlər. Müsbət xüsusiyyətlərindən bəhrələnməklə yanaşı, yaxın dostunun mənfi xüsusiyyətlərindən də zərər çəkirlər. Demək, o kəslərlə dostluq etməliyik ki, ilk növbədə, mənəvi inkişafa və yaşadığımız cəmiyyətdə baş ucalığımıza vasitəçi olsunlar. Həyat göstərir ki, sağlam düşüncəli adamla, elm və mərifət sahibilə dostluq etməyə, onlardan öyrənməyə, onların nəsihətlərini dinləməyə səy göstərən insanlar daha çox dost qazanarlar. Məhz buna görə də Allah-Təala buyurur: “Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!” (Nəcm, 29).
 Peyğəmbər (s) buyurmuşdur: “İnsanların ən xoşbəxti o kəsdir ki, alicənab şəxslərlə əlaqə saxlamış olsun”. Digər hədisdə: “O kəslərlə dostluq edin ki, onları görməklə Allahı yada salasınız və onların söylədikləri şeylər və gördükləri hər bir iş axirəti xatırlatsın”, -deyə buyurmuşdur.
Təbiidir ki, İslam dostluğu təşviq etməklə yanaşı, mənfi keyfiyyətlərə malik, qanunlara əməl etməyən laqeyd şəxslərlə dostluğu da qadağan etmişdir: “O gün zalim (küfrə düşməkləğzünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım. Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim” (Furqan, 27-28).
Həzrət Məhəmməd (s) bu barədə bildirmişdir: “İnsan yaxın dostunun dininə sitayiş edir. Ona görə də dost seçiminə diqqətlə yanaşın” (Əbu Davud 4833, ət-Tirmizi 2378). Dost seçimində diqqətli olmaqla yanaşı, əxlaqı, zəkası, ən başlıcası insanlığı ilə seçilən nümunəvi bir kimsəylə münasibət qurmaq lazımdır. Çünki bu şəxslərin qəlbləri həm də Allah sevgisi ilə doludur və bu onların əməllərində, davranışlarında bu və ya digər formada təzahür edir.
Bəşər övladı orqanizmini müxtəlif qorxulu xəstəliklərdən qorumaq məqsədilə ən keyfiyyətli qidalar seçdiyi kimi, dost seçimində də bu “qızıl qayda”nı qorumalıdır. Çünki bu seçim ilk növbədə, onun ruhuna, qəlbinə və əxlaqi-mənəvi keyfiyyətlərinə birbaşa təsir edəcəkdir. Ona görə də, dost elə şəxslərdən seçilməlidir ki, bütünlüklə insan şəxsiyyətinin inkişafına töhfə versin. Sahib olduğu yüksək inanc və mənəvi dəyərləri yaşatmaq üçün hər kəs bəyənilməyən və məqbul hesab edilməyən hərəkətlərlə məşğul olan, dini inancı aşağı səviyyəli şəxslərlə dostluqdan çəkinməlidir. Uca Allah belə insanlarla dostluğu ona görə qadağan edir ki, onlar hər şeyi korlanmış ruhlarının istəyinə uyğun olaraq həyata keçirirlər: “(Ya peyğəmbər) Nəfisni özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) saptırdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!)” (Casiyə, 23). Göründüyü kimi ayədə bəhs edilən insanlar mənəvi və dünyəvi xoşbəxtlikdən tam təcrid olunmuşlar ki, onlarla dostluq bəzi nalayiq keyfiyyətlərin əxz olunmasıyla nəticələnə bilər.
Heç şübhəsiz ki, İslam tarixində Peyğəmbərdən (s) sonra ən nümunəvi şəxslər onun silahdaşları və tərəfdaşları, habelə yaxın dostları olan səhabələr olmuşdur. Səhabələr o şəxslər olmuşlar ki, həyatları boyunca heç olmasa bir dəfə Peyğəmbəri (s) görmüş və ona sədaqət andı içmişlər. Onların sevgisi o qədər dərin olmuşdur ki, heç bir qüvvə onları Peyğəmbərdən (s) uzaqlaşdıra bilməmişdir. Səhabələr arasında xüsusilə seçilən Əbu-Bəkr Qurani-Kərimdə belə xatırlanır: “(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir:” – dediyi zaman (göstərmişdi)” (Tövbə, 40).
Dost seçimində 5 keyfiyyət önə çəkilməlidir: ağıl, mədəniyyət, inanc və iman, günah işlərlərlə məşğul olanlardan çəkinmək, dünya həyatına bağlanmamaq.
Ağıl böyük sərvət olduğundan ağılsız insanla dostluq heç bir fayda verməz. Hətta ağılsız insan dostuna fayda vermək niyyətində olsa belə, onun etdikləri yalnız ziyan gətirəcəkdir.
İnsan hər nə qədər ağıllı olsa belə, hirs və əsəbin təsiri altında bəzən hisslərinin qurbanına çevrilə bilər. Ona görə də, mədəniyyəti olmayan dostun da dəyəri olmaz.
Heç şübhəsiz ki, müsəlmanlar yalnız Allah üçün dostluq etməli və sevməlidir. Çünki dini və imanı olmayan şəxs dostunu Allah yolundan azdıra bilər: “Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə dost tutsa (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qalib gələcək olanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir)” (Maidə, 56).
Qeyd edək ki, Qurani-Kərimdə əksini tapan “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalim tayfanı düz yola yönəltməz!” (Maidə, 51) ayəsi heç də bütün xristianlara və yəhudilərə aid edilməməlidir. Çünki belə olduğu təqdirdə biz dini mənsubiyyətinə baxmayaraq insanların bir-birilə xeyirxah və dostcasına davranmasının zəruriliyi barədə dinimizin çağırışlarını inkar etmiş olarıq.
Günah sayılan işlərlə məşğul olan kimsələrdə Allah qorxusu olmadığından, həmin kəslərə etibar etmək və inanmaq olmaz. Ona görə ki, onların nə vaxtsa pislik etməyəcəyinə zəmanət verilmir.
İslama görə, müsəlman müsəlmanın qardaşıdır, ona zülm, haqsızlıq və xəyanət etməməlidir. Özünü düşündüyü kimi, müsəlman dost və qardaşını da düşünmək məcburiyyətindədir. Buna görə də, dostluqda diqqət yetirilməli məsələlərdən biri də maddi dəstəkdir. Hər kəs ehtiyac içində olan dostuna imkanı daxilində maddi kömək etməlidir və bu kömək edənin öz təşəbbüsü ilə olmalıdır. Dostluq münasibətlərində ən yuxarı mərtəbə isə dostun ehtiyaclarına özününkündən daha çox diqqətin yetirilməsidir. Misal olaraq göstərə bilərik ki, səhabələr vəfat etmiş dostlarının övladlarına 40 il öz ailələri kimi baxmışlar.
Dostuqda bir sıra vacib nüanslar diqqətə alınmalıdır. Belə ki, dostlar bir-birinin sirrini saxlamalı, sevinc və kədərini bölüşməli, bir-birilə mübahisə etməməli, bir-birinə nəvaziş göstərməli, məsləhət verməli olduqları halda bunu ədəb və nəzakətlə etməli, bir-birini çoz məzəmmət etməməli, özlərinin şəxsi problemləri ilə bir-birini yormamalı, digər insanların yanında cavablandırılması üçün uyğun şərait olmayan suallardan çəkinməlidir.
Günümüzdə bir müsəlman kimi biz seçdiyimiz dostlarımızı kifayət qədər nəzərdən keçirmirik. Niyə və kimi dost saydığımızın səbəbini də bilmirik. Səbəbi olsa da belə, adi və dünyəvi səbəblər olur. Məhz buna görə də, müasir dünyamızda müsəlmanlar təqib edilir, onlar ayrı-seçkiliyə məruz qalır, ağır cinayətlərdə günahlandırılırlar. İslam özü özlüyündə böyük güc olmasına baxmayaraq, imperialist qüvvələrin təsirilə müsəlman vəhdəti və həmrəyliyi görünmür. İslam dünyasına qarşı aparılan mənfi kampaniyanın qarşısını almaq üçün müsəlman toplumun bir-birinə dəstək nümayiş etdirməsi və onlar arasında dostluq münasibətlərinin gücləndirilməsi məsələsi daha çox aktuallıq qazanmaqdadır.
 
Aqşin Axundov,
DQİDK-nın əməkdaşı     
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dostluq və yoldaşlıq dinidir