Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Möminin sadiq yuxusu...”

Yuxu müasir elm tərəfindən açıqlanması asan olmayan, müxtəlif dinlər və mədəniyyətlər tərəfindən fərqli şəkildə izah edilən bir müəammadır.
Səbəbi bilinməsə də tarixin bütün dövrlərində insanlar yuxuyozmalara xüsusi maraq göstərmişlər. Qədim dövrlərə aid bir sıra mədəniyyətlərdə yuxuların həyatda mütləq əksini tapacağına inam olmuşdur. Bu səbəbdən də qədim misirlilər, babillilər və assuriyalılarda yuxuyozma bir ənənayə çevrilmişdi və həmin dövrlərin kahin və sehirbazlarının əsas funksiyalarından biri röyaları yozmaq idi. KitabiMüqəddəs də daxil olmaqla həmin çağlara aid Yaxın Şərq və Asiyaya aid qədim mənbələrdə gələcəkdən xəbər verən röyalardan bəhs olunması heç də təsadüfü deyildir
İslam qaynaqlarında da yuxuyozmadan geniş bəhs olunmuşdur. Məsələn, Qurani-Kərimdə Həzrət İbrahim (ə), Həzrət Yusuf (ə) və həmin dövrdəki Misir hökmdarlarının yuxularından bəhs edilmiş (Yusuf, 5, 6, 21, 43, 100, əl-İsra, 60, əs-Saffat, 105), Həzrət Məhəmmədin isə (s) gördüyü bir röyanın çin olduğu vurğulanmışdır: “And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əminamanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir...”(əl-Fəth, 27).
Hədislərdə isə yuxuların insan həyatındakı roluna və əhəmiyyətinə müxtəlif şəkildə diqqət çəkilmişdir. Rəsulullaha (s) da ilk vəhy məhz röyada (röyayi-sadiqə) gəlmiş və altı ay bu belə davam etmişdir. Allah Elçisi (s) 23 illik peyğəmbərliyi dövründəki həmin altı ayı qəsd edərək buyurmuşdur: “Möminin sadiq yuxusu nübüvvətin 46 cüzündən (hissəsindən) biridir”.
Ayələrdən, Rəsulullahın (s) yuxu ilə bağlı açıqlamalarından və şəxsi təcrübələrindən faydalanaraq, röyanın mahiyyəti, növləri və yozumu haqqında zəngin ədəbiyyat formalaşdıran İslam alimləri yuxunun üç növünün olduğunu qeyd edir. Bunlardan birincisi, mənbələrdə “röyayi-sadiqa” və ya “röyayi salihə” kimi keçən rəhmani yuxudur. Həzrət Peyğəmbər (s) belə röyaları müjdələyicilər anlamında “mübəşşirat” adlandıraraq onların nübüvvətin bitməsindən sonrada da davam edəcəyini söyləmişdir. Həmin yuxular Allah tərəfindən mələklər vasitəsiilə insanlara təlqin olunur və bu röyalar çin çıxır
İkinci yuxu növü şeytani röyalardır. Bunlar şeytanın aldatma, qorxutma və vəsvəsələrindən doğan qarışıq yuxulardır ki, insanı pis əməllərə və batil düşüncələrə təşviq edər. Onlara inanmamaq və yozmamaq tövsiyyə olunmuşdur
Qeyd olunmuş üçüncü yuxu isə nəfsani röya adlandırılmışdır. Bunlar insanın xəyal və düşüncələri, yuxu əsnasında xarici təsirlə bağlı görülən röyalardır. Məsələn, insanın yatmazdan öncə düşündüklərini-üşüyən şəxsin, qar və hərarəti olan adamın da yuxuda alov görməsi belə röyalara bariz nümunədir.
Məsələ ilə bağlı qeyd olunması önəmli olan daha bir cəhət isə Həzrtə Yusufla (ə) bağlıdır. Beləki Uca Allah her bir elçisinə insanlara peyğəmbərliyini sübut etmək üçün möcüzələr bəxş etmişdi. Həzrət Yusufa (ə) Uca Yaradan tərəfindən bəxş olunmuş mücüzələrdən biri də yuxuyozma idi. Rəbbiz peyğəmbərinə bəxş etdiyi həmin möcüzədən Qurani-Kərimdə bəhs etmişdir: “(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək...” (Yusuf, 6).
Hədislərdən anlaşıldığı kimi Peygəmbərimizin (s) məsələ ilə bağlı üzərində durduğu digər önəmli cəhət isə şəxsin röyada görmədiklərini özündən uyduraraq danışmasıdır. Allah Elçisi (s) bunun doğru olmadığını və belə şəxslərin imanının azlığını və ya  yoxluğunu vurğulamışdır.
İslam alimləri görülən yuxunun hər kəsə, xüsusən də bədbin insanlara danışaraq onlardan yuxunun yozulmasının istənilməsinin yanlış olduğunu qeyd etmişlər. Bunun üçün də görülən röyalar nikbin və yuxunun doğru yozulmasını bilən şəxslərə anladılmalıdır.  Unutmayaq ki, ancaq peyğəmbərlərin gördüyü və  yozduğu yuxular tamamilə doğru olar.  

Anar ƏLİYEV, ilahiyyatçı 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Möminin sadiq yuxusu...”