Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Onların da sizin üzərinizdə haqları var...”

Ə z i z m ü s ə l m a n l a r , İslam cəmiyyətinin təməli sayılan ailə sevgi və ehtiram kimi dəyərlər üzərində qurulan müqəddəs yuvadır. Qurani-Kərimin “ər-Rum” surəsinin 21-ci ayəsində ailədəki qarşılıqlı sevginin qüdrəti haqqında buyurulur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”. İslama görə, ailədə hər kəs qarşılıqlı vəzifə və öhdəliklər daşıyır. Məsələn, Rəsulullah (s) hədislərinin birində ərin həyat yoldaşı ilə rəftarı barədə buyurur ki, imanı kamil olan mömin əxlaqca ən gözəl olandır. Möminlərin ən xeyirlisi isə xanımı ilə gözəl davranandır. Ailə əxlaqında da nümunəvi örnək olan Həzrət Məhəmməd (s) nəinki zövcələri ilə sərt davranmış, əksinə, onlarla həmişə xoş rəftar etmiş, hətta məişət işlərində xanımlarına  yardım göstərmişdir.
M ö h t ə r ə m  m ö m i n l ə r , mənbələrdən anlaşıldığı kimi, qadınlar Uca Allahın bizə əmanətidir. Bu əmanəti qorumaq və himayə etmək ərin borcudur. Məsələnin önəminə diqqət çəkən Rəsulullah (s) vida xütbəsində buyurmuşdur: “Qadınların haqlarına riayət edin. Bu xüsusda Allahdan qorxun. Siz qadınları Allahın əmanəti olaraq aldınız. Sizin qadınlar üzərində haqlarınız olduğu kimi, onların da sizin üzərinizdə haqları var... Kişilərin borcu qadınların yeyib-içmək ehtiyacını ödəməkdir. Onlar sizin haqlarınıza riayət etsinlər, siz də onlarla nəzakətlə davranın. Çünki onlar da Allahın quludur və qadınlar sizə Allahın bir əmanətidir”. İslam insanı dünyaya gətirən və yetişdirən qadının cəmiyyətdə hansı mövqedə dayanmalı olduğunu da bəyan etmişdir. Belə ki, qadının qəlbi övladına qarşı şəfqət və mərhəmətlə dolub-daşmalı, onları sevgi və nəvazişlə böyüdərək cəmiyyətə yararlı insan kimi yetişdirməlidir. Psixoloqların fikrincə, uşaqlıqda şəfqət və mərhə mət hisslərindən məhrum insanlar yetkinlik dövründə müəyyən problemlərlə qarşılaşırlar. Buna görə də qadın həm ailənin, həm də cəmiyyətin bünövrəsi sayılır. Onun kamilliyi cəmiyyətin düzgün tərbiyəsində mühüm rol oynayır. Dinimiz valideyinlərə gələcəyin anası sayılan qız uşaqlarının tərbiyəsinə həssas yanaşmağı və onlara doğru yol göstərməyi də tövsiyə etmişdir. “RiyazusSalihin”də keçən bir hədisdən anlaşılır ki, qız uşağını böyüdüb ona gözəl tərbiyə verən valideynə Cənnətin ən yüksək məkanında Rəsulullahla (s) qonşu olmaq imkanı veriləcəkdir.
Ə z i z  q a r d a ş l a r  v ə  b a c ı l a r , İslamda qadın, heç də bir çoxlarının dediyi kimi, öz müqəddəratını həll etməkdə aciz, hüquqsuz varlıq deyildir. Əksinə, dinimiz qadınların mehir istəmək, mülkiyyət əldə etmək və digər hüquqlarını qanuniləşdirmişdir. Qurani-Kərimdə qadınların varislik hüqüqu haqqında ayənin yer alması da bunu bir daha sübut edir.
D ə y ə r l i  m ö m i n l ə r , söhbətimizi Uca Rəbbimizin insanlara bir bəyanı ilə bitirmək istərdik. Sonuncu Səmavi Kitabda Allah-Təala kişilərə qadın haqlarından bəhs edərək buyurur ki, onlar sizin, siz də onların libasısınız. Kişilərin qadınlar üzərində hüquqları olduğu kimi, qadınların da kişilər üzərində hüquqları vardır.  Beləliklə, istər hədislərdə, isrərsə də ayələrdə qadın hüqüqlarından geniş bəhs olunmuşdur. Bizim üzərimizə düşən isə ilahi nəsihətə əməl etmək, xanımlarımızı qorumaqdır.
 
Vuqar HÜMMƏTOV, ilahiyyatçı

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Onların da sizin üzərinizdə haqları var...”