Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Repressiya qurbanı olmuş kilsə

İndiki Bülbül adına musiqi məktəbinin, 189 və 190 saylı məktəblərin yerində vaxtilə möhtəşəm Aleksandr Nevski baş kilsəsi ucalırdı. Moskvanın Qırmızı Meydandakı Vasili Blajennı kilsəsinə bənzər şəkildə tikilən, hündürlüyü 85 metrə çatan bu məbəd şəhərin hər yerindən görünür və qızıl günbəzləri ilə hər kəsi heyrətə salırdı. Köhnə Bakının fotoşəkilləri ilə tanış olanlar kilsənin görkəminin necə valehedici olduğunu görə bilərlər.
Müsəlman qəbiristanı üzərində kilsə 1883-cü ildə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun Gürcüstan Ekzarxı arxiyepiskop Pavel Bakıya gələn zaman kilsənin tikintisi üçün köhnə müsəlman qəbiristanını seçdi. Həm yerli nüfuzlu şəxslər, o cümlədən Hacı Zeynalabdin Tağıyev, həm də Bakı duması və idarəsinin yüksəkçinli məmurları buna etiraz edərək yeni məbəd üçün şəhərin digər yerlərini təklif etdilər. Pravoslav rəhbərliyi ilə onların arasında qızğın mübahisələr illərlə çəkdi. Nəhayət, 1885-ci ildə Qafqaz canişini knyaz A.M. Dondukov-Korsakov kilsənin inşası məqsədilə müsəlman məzarlığının yerinin ayrılması barədə göstəriş verdi. 1886-cı il iyul ayının 10-da isə Rusiya imperatoru III Aleksandr knyazın bu göstərişini fərmanı ilə təsdiqləyərək mübahisələrə son qoydu. Beləliklə, 1888-ci ildə məşhur memar, akademik Robert Marfeldin layihəsi əsasında kilsənin inşasına başlanıldı. Maraqlıdır ki, müsəlman qəbiristanında təməl qazılarkən ibtidai dövrə aid daha qədim qəbiristan tapıldı. Kilsənin təməl atma mərasimi təmtəraqlı keçdi. Mərasimə bir çox rəsmi və yüksək rütbəli şəxslər, o cümlədən çar III Aleksandr və ailəsi (gələcəyin Rus çarı II Nikolay da onlar arasındaydı) qatıldı.
Kilsə üçün 150 min rubl Çar tərəfindən kilsənin inşasına ayrılan ilkin pul vəsaiti qısa müddətdə bitdiyindən əhalidən ianə yığılmağa başlandı. Nəticədə, 200 min rubl pul toplandı. Diqqətəlayiq faktdır ki, 150 min rublu yerli müsəlmanlar, daha doğrusu, azərbaycanlılar verdi. Lakin xalqımızın alicənablığı bununla məhdudlaşmadı. Kilsə üçün tunc, qızıl və gümüşün qarışığından olan iri və ağır zənglərin qoyulması planlaşdırılırdı. Bunun üçün xeyli qiymətli metal
lazım idi. Yenə də bakılılardan ianə yığılmağa başlandı. Qadınlar öz zinət əşyalarını, gümüşdən olan qabqacaqlarını, kişilər isə qızıl və gümüşdən olan silahlarını bağışladılar. Nəticədə, pravoslav məbədinə digər xalqardan daha çox, yerli müsəlmanlar bəxşiş verdilər.  Xeyriyyəçimizdən 10 min rubl hədiyyə Möhtəşəm kilsənin tikintisinə Sankt-Peterburq Mülki Mühəndislər Universitetinin məzunu, polşa əsilli, iyirmi altı yaşlı, etiqadca katolik olan
Yuzef Vikentyeviç Qoslavski rəhbərlik etdi. Maraqlıdır ki, ondan öncə bir necə memar bu işə rəhbərlik etməkdən boyun qaçırmışdı. Buna baxmayaraq, müxtəlif səbəblərdən məbədin inşası on il yubandı. Onun tikintisinə 379 min rubldan artıq pul xərcləndi. Nəhayət, 1898-ci ilin əvvəlində Aleksandr Nevski baş kilsəsinin inşası başa çatdı. Həmin il oktyabr ayının 8-də isə Gürcüstan ekzarxı arxiyepiskop Flavian tərəfindən kilsənin müqəddəsləşdirilməsi mərasimi keçirildi, məbəd Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının əsas ibadətgahı oldu. Kilsənin müqəddəsləşdirilməsi şərəfinə azərbaycanlı mesenant Hacı Zeynalabdin Tağıyev 10 min, Bakı yəhudi cəmiyyəti isə 1000 rubl pul bağışladı.  Qafqazda ən böyük kilsələrdən sayılan bu pravoslav ibadət ocağı rus memarlıq üslubunda və xaç şəklində ucaldılmışdı. Burada 1700 nəfərdən artıq dindar ibadət edə bilirdi. Yerli əhali tərəfindən “Qızıllı Kilsə” adlandırılan məbədin ətrafını 4 kiçik qüllə bəzəyirdi. Kilsənin uzunluğu 55 metr, eni 44 metr idi. Binanın daxili Moskvadakı Xilaskar Məsih məbədini xatırladırdı. Bahalı və rəngarəng mərmər daşları, nəfis naxışlar, nadir ikonalar, akademik-rəssam Şokorevin “Cəhənnəmə düşmə” adlı rəsm əsəri binanın iç görünüşünə xüsusi gözəllik verirdi. Şəhər rəhbərliyi üçün kilsə böyük önəm daşıyırdı. Onun ətrafında kilsədən hündür olmamaq şərtilə yalnız gözəl binaların inşasına icazə verilirdi. Həmin dövrdə şəhərin rus əsilli nüfuzlu şəxsləri, zadəganlar, hərbçilər və başqaları dini bayramlarda Aleksandr Nevski baş kilsəsinə gələrdilər. Burada xüsusilə, Pasxa bayramı möhtəşəm keçirilirdi.
Bolşeviklərin cinayəti  1936-cı ildə ateist Sovet hakimiyyəti Aleksandr Nevski baş kilsəsinin uçurulması barədə qərar verdi. Lakin kilsə möhkəm tikildiyindən, ibadət yerinin dağıdılması üç gün sürdü. Deyilənə görə, üç gün boyu şəhərin mərkəzindən dəhşətli dinamit partlayışının səsləri gəlirdi. Ateist ruhlu bolşeviklər əməlləri ilə qürurlanaraq kilsənin uçurulmasının hər anını kinoplyonkaya köçürdülər...
Anar ƏLİZADƏ
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Repressiya qurbanı olmuş kilsə