Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Məhərrəmliyin tarixi, mahiyyəti

Məhərrəm ayı bütün dünya müsəlmanlarının hörmətlə yanaşdığı müqəddəs və möhtərəm aylardan biridir. Bu ay İslam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura-Məhərrəm ayının 10-cu günü İmam Hüseynin və onun 72 nəfərdən ibarət silahdaşları və ailə üzvlərinin şəhadətə yetişdiyi Kərbəla faciəsi ilə düşmüşdür. Bu faciənin böyük miqyasının əsas səbəbi hadisə qəhrəmanının dünyada ən çox sevilən, ən çox rəğbət bəslənilən Allahın rəsulu Həzrət Məhəmmədin (s) nəvəsi İmam Hüseyn olmasıdır. Rəsulullah (s) Hüseyni çox sevmiş və onun haqqında : “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Kim Hüseyni sevərsə, Allah da onu sevir buyurmuşdur. Ümumiyyətlə, Həzrət Məhəmmədi (s) və onun Əhli Beytini sevib, onların yolu ilə getmək hər bir müsəlmanın borcudur. Rəsulullah (s) bu dünyadan köçərkən Əhli Beytini ümmətə əmanət olaraq buraxmış, onları qorumağı əmr etmişdir.
Təəssüflər olsun ki, bu əmanətə xəyanət edildi. Həzrət Məhəmmədin (s) sevimli nəvəsi qətlə yetirildi.  

Məhərrəmliyin tarixi:

Məhəmməd peyğəmbərin (s) vəfatından sonra hakimiyyətə gəlmiş Raşidi xəlifələrindən olan Həzrət Əlinin dövründə ona qarşı üsyanlar baş verirdi. İmamın hakimiyyətinə tabe olmaq istəməyən qüvvələr hakimiyyəti ələ keçirməyə çalışırdılar. Belə qüvvələrdən biri də Şam şəhərinin valisi Müaviyə ibn Əbu Süfyan idi. Həzrət Əli müsəlmanların qırğına məruz qalmamağından ötrü  Müaviyə ilə arasında olan  mübahisəni həll etmək üçün hakim təyin olunmasına razılıq verdi. Buna etiraz edən qüvvələr (xaricilər) onların qətlinə qərar verdilər. Nəticədə İmam Əliyə qarşı sui-qəsd təşkil olundu,  Müaviyə isə sağ qaldı.
Həzrət Əlidən sonra hakimiyyətə onun oğlu İmam Həsən gəlsə də o, müsəlmanların qanının axıdılmamağı  üçün Müaviyəyə beyət etdi. Amma bu beyətdə onun qardaşı İmam Hüseyn  iştirak etmədi. Müaviyə onları özünə qarşı ciddi təhlükə hesab edirdi. Beləliklə, İmam Həsən zəhərləndirilərək öldürüldü.  Müaviyə  ömrünün sonlarına yaxın oğlu Yezidi özünə vəliəhd təyin edərək ona bəzi adamlardan ehtiyatlı olmağı tapşırdı. Bunlardan biri də İmam Hüseyn idi. Amma Müaviyə Yezidə nəsihət etmişdi ki, əgər o,  Hüseynə qalib gəlsə, onunla yaxşı davransın.
679-cu ildə Müaviyə öldükdən sonra Yezid hakimiyyətə gəldi və İmam Hüseyndən beyət almaq üçün Mədinə valisi Vəlid ibn Ütbəyə təlimat verdi. Vəlid ibn Ütbə Mədinənin keçmiş valisi Mərvanla məsləhətləşib İmam Hüseyni yanına çağırtdırdı və Yezidə beyət etməsini istədi. İmam Hüseyn ona qəti cavab vermədi. Mərvan, Vəlidə İmamı buraxmamağı məsləhət görsə də, Vəlid buna cəsarət etmədi. Həmin gecə İmam öz yaxınları ilə Məkkəyə yola düşdü.
İmam Hüseyn Məkkədə olduğu müddətdə Yezid onun hərəkətlərini nəzarət altında saxlatdırırdı. Bu dövrdə Kufəlilər tez-tez İmama məktublar yazaraq onu Kufəyə dəvət edir, israrla ona tabe olacaqlarını bildirirdilər. Buna görə də o, qohumu Müslim ibn Aqili Kufəyə göndərdi ki, vəziyyətlə yerində tanış olsun. 
 Müslim Kufəyə gedərkən bir sıra uğursuzluqlarla qarşılaşdı və geri dönmək istədi. Amma İmam Hüseyn ona yoluna davam etməsini bildirdi. Kufəyə gələn Müslim orada müəyyən qədər tərəfdar toplaya bildi. Bundan xəbər tutan Yezid Bəsrə valisini çıxardıb onun yerinə Übeydullah ibn Ziyadı təyin etdi. İbn Ziyad Müslimi tapmaq üçün xalqı hədələməyə və müəyyən vədlər verməyə başladı. Müslim, Hani ibn Ürvənin himayəsi altında idi. İbn Ziyad onun qonağı olarkən Haniyə onu öldürmək üçün çox gözəl fürsət olduğunu desələr də, o, qonağı öldürməyi rəva bilməmişdi. Çox keçmədi ki, casuslar Müslimin yerini İbn Ziyada xəbər verdilər.  İbn Ziyad, Hanini yanına çağırıb Müslimi  tələb etsə də, o buna razı olmadı və öldürüldü. Müslim valiyə  qarşı üsyan təşkil edə bilsə də, sonunda ətrafındakı adamlar onu tək qoyub dağılışdılar. Xəyanət nəticəsində Müslim də tutulub qətlə yetirildi.
İmam Hüseyn Kufəyə yola düşməyə hazırlaşırdı. Ətrafındakı yaxınlarının bir çoxu onu bu fikrindən döndərməyə çalışsalar da, buna nail ola bilmədilər. Belə olduqda, ona ailəsini aparmamağı məsləhət gördülər. Amma İmam bununla da razılılaşmayıb ailəsi və yaxınları ilə birlikdə Kufəyə yola düşdü.
Kufəyə gedərkən o, yolda müxtəlif adamlarla qarşılaşdı. Bu adamlar Kufədə olan vəziyyət haqqında İmam Hüseynə məlumatlar verdilər və ora getməyin çox təhlükəli olduğunu bildirdilər.
 İbn əl-Əsirin yazdığına görə, İmamla yolda qarşılaşan adamların arasında məşhur şair Fərəzdək də olmuşdur. O, İmama üz tutaraq insanların qəlbinin onunla, qılınclarının isə əksinə olduğunu bildirmişdi. İmam isə Allahın qədərinə razı olub boyun əydiyini onların nəzərinə çatdırdı.
Zuhusum adlı yerdə İmam Hüseyn, Hurr ibn Yezidin başçılığı altında min atlı ilə qarşılaşdı. İmam, bu dəstəyə onlara mane olmamağı və çıxıb getmələrini desə də Hurr razı olmadı. Buna baxmayaraq, o, öz  dəstəsi ilə birlikdə imamın rəhbərliyi ilə namaz qıldı.
İbn Ziyadın təlimatı ilə Hurr, İmamı izləməyə davam etdi və onlara Kufə tərəfə getməyə mane olmağa başladı. Onlar gəlib Kərbəla adlanan yerə çatdılar. İbn Ziyad Hurrə xəbər göndərib İmamı susuz və dar bir yerə sıxışdırmağı əmr etdi. Beləliklə, İbn Ziyad yeni dəstələr göndərməyə başladı. Qeyd olunmalıdır ki, onun İmamın üzərinə göndərdiyi adamların çoxu könülsüz idilər və vəzifələrini itirməmək üçün buna razı olmuşdular.
İbn Ziyadın göndərdiyi qoşunun başçılarından Ömər ibn Saad İmama bura niyə gəldiyini soruşanda İmam onu xalqın dəvət etdiyini dedi və onlar narazı olarlarsa, dönəcəyini bildirdi.  İmama Yezidə beyət etmək təklif olundu. Bununla bərabər, artıq onların suya yaxınlaşmasına icazə verilmirdi. Bu hadisə 682-ci il Məhərrəm ayının 7-ci günü olmuşdu. Döyüşün labüdlüyünü anlayan İmam döyüşdən əvvəl bir gün namaz qılıb dua etmək üçün vaxt  istəmişdi.
Qarşılıqlı razılığa gələ bilməyən tərəflər arasında döyüş baş verdi. Qeyri-bərabər olan bu döyüşdə İmamın tərəfdarları böyük şücaət göstərirdilər.   Lakin bu da qeyd olunmalıdır ki, qarşı tərəfin həm əsgərlərinin, həm də başçılarının vahid bir mövqeyi yox idi və onların çoxu İmama qarşı vuruşmaq istəmirdilər.  Hətta onların arasından İmama qoşularaq onun tərəfindən vuruşanlar da var idi. Hurr ibn Yezid də bunların arasında idi və o, ölənədək İmamı müdafiə etmək üçün döyüşmüşdü. Təkbətək döyüşün nəticə vermədiyini gördükdə qarşı tərəf ümumi hücuma keçdi. Xeyli davam edən döyüşdə bir çoxları İmamı öldürmək istəmir və müəyyən vasitələrlə bundan yayınmağa çalışırdılar.
Var-dövlət qazanmaqdan ötrü İmamı öldürmək istəyən bir qrup adam sonda istəklərinə nail oldular. İmamın ailəsindən çox az adam sağ qaldı və onlar əsir götürülərək İbn Ziyadın yanına aparıldılar. İmamın və tərəfdarlarının başı kəsildi və onlar da Kufəyə aparıldı.
İbn Ziyad İmamın oğlu Əlini öldürmək istəsə də, sonra bu fikrindən vaz keçdi.  İbn Ziyad məsciddə öz qələbəsi haqda danışarkən ona qarşı çıxıb onu lənətləyənlər olsa da, onlar da cəzalandırıldı.
Daha sonra əsirlər Şam şəhərinə Yezidin yanına aparıldılar. Təbəri yazır ki, Yezid, İbn Ziyadı lənətləyib gələnlərə mükafat vermədi. Yezidin ailəsi də onun törətdiklərinə görə onu qınayırdılar və əsirlərə mehriban davranırdılar. Yezid İmamın ailəsinə toxunmadı və onları Mədinəyə göndərərək yolda qorunmaları üçün dəstə təyin etdi. İmamın ailə üzvləri  Mədinəyə çatanda onları aparan adama hədiyyə vermək istəsələr də, o, bunu qəbul etmədi və bildirdi ki, onlara qarşı yaxşı davranmağına səbəb onun əhli-beytə olan sevgisidir. 
Yezid isə İbn Ziyadı əvvəlcə lənətləməsinə baxmayaraq, onunla olan əlaqələrini daha da yaxşılaşdırdı və onun etdiklərindən məmnun oldu.
 
Mahiyyət
 
Həzrət Hüseyn və ailəsinin Hicri-qəməri təqvimi ilə 61-ci il Məhərrəm ayının 10 da Kərbəla çölündə faciəvi şəkildə şəhid edilməsi Məhərrəm ayına  tamamilə yeni bir məna  qazandırmış, Şiə müsəlmanlar üçün bu tarixi gün Həzrət Hüseynin intiqamını alma əhdinin təzələndiyi matəm gününə çevrilmişdir. Tarix boyunca Əhli Beytin xatirəsinə keçirilən və dini ənənə mahiyyəti kəsb edən matəm mərasimləri Şiə dünyasında olduqca mühüm əhəmiyyətə malik olmuşdur. Müsəlman ümmətinin tarixinə ən acı və kədərli, eyni zamanda qəlblərə qeyrət, qürur və iftixar hissi bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseynin həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. İmam Hüseynin əzadarlığında böyük bir həqiqət vardır. Bu həqiqət haqq, ədalət və əqidə uğrunda səfərbər olma hikmətindən qaynaqlanır. İmam Hüseynin dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval ruhiyyəsinin təlqini deyil, torpağa bağlılıq, fədakarlıq, dəyanətə çağırış, vətənpərvərlik ruhunun tərbiyə edilməsi məramını təcəssüm etdirir. Belə ki, imam Hüseyn İslam dinində “şəhidlik məktəbinin” və ədalət uğrunda mübarizənin əsasını qoymuşdur.
 Lakin bu matəm mərasimlərinin həqiqi mahiyyəti hələ də bir çoxları tərəfindən tam dərk edilməmişdir. Bəziləri bu mərasimlərin keçirilməsini lüzumsuz sayır, tarixi zaman kəsiyində baş vermiş bu  hadisəyə görə bu qədər kədərlənmənin, göz yaşı axıtmanın yersiz olduğunu düşünürlər. Digərləri İmam Hüseynin faciəsinə yas tutmanın savabını vurğulayaraq matəm məclislərinin keçirilməsinin zərurətini bildirir, tarixdə misli-bərabəri olmayan bu qətliama ağlamamağın İmam Hüseynə haqsızlıq və zülm olacağını bəyan edirlər. Kərbəla qiyamının nə üçün gerçəkləşdiyi və  İmam Hüseynin Kərbəlada nə uğrunda şəhid edildiyi haqqında suallara cavab axtarsaq bu matəm məclislərinin fəlsəfəsi və əsl mahiyyəti barədə daha aydın təsəvvürə yiyələnə bilərik.
 İmam Hüseynin inqilabının səbəb və mahiyyəti onun, qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə tam dolğunluğu ilə öz əksini tapmışdır. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi, yaxşılığı əmr edib, pislikdən çəkindirmək prinsipinin yerinə yetirilməsi və babası həzrət Məhəmmədin (s) şəriətinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn bu vəsiyyətnamədə özünün tövhid, nübüvvət və axirətə olan inamını bəyan etdikdən sonra belə yazmışdır :
“Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa nə nəfsimin istəklərinə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim babamın ümmətinin fəsadını islah və yaxşılığı əmr edib, pislikdən çəkindirmək prinsipini icra etməkdir. Mən babamın və atamın yolu ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xətrinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu xalq arasında hakim olsun. Həqiqətən o, hakimlərin ən yaxşısıdır.”
Göründüyü kimi İmam Hüseyn bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir :
1)           Ümməti islah etmək;
2)           Yaxşılığı əmr etmək;
3)           Pislikdən çəkindirmək;
4)           Babası Həzrət Məhəmmədin (s) və atası Həzrət Əlinin (r) yolu ilə getmək və  bu yolu cəmiyyətdə dirçəltmək.
İmam Hüseyn İraqa gedərkən yolda Beyza adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. O, üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz qiyamının səbəbini belə açıqladı :
“Camaat! Allahın rəsulu (s) buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (s) qanun və şəriətinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə etiraz etməsə, Allah həmin şəxsi o hökmdarın düçar olacağı əzaba düçar edər.
Camaat! Agah olun, bunlar Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış, Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, babamın dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm.”
İmam Hüseyn mövcud şəraiti və həmin dövrün hökumətini tənqid edib, fəsad və pozğunluğun yayıldığını, İslam dininin mahiyyətinin dəyişildiyini  bəyan edir, halalların haram, haramların halal edildiyini bildirir, bu hadisələr qarşısında müsəlman şəxsin susmasını qəbul edə bilmirdi. 
Azadlığın boğulduğu, insanların haqq sözü söyləmək qüdrətinin olmadığı, qaranlıq, məşum bir zamanda İmam Hüseynin şəhadəti İslam aləminə yeni bir həyat bəxş etdi. İmam Hüseynin şəhidliyindən sonra İslamda bir canlanma əmələ gəldi. O, qəhrəmancasına etdiyi hərəkətləri ilə müsəlman icmasının ruhunu diriltdi. İslam cəmiyyətində hakim olan əsarət və köləlik hisslərini zəiflətdi, qorxunu aradan qaldırdı. Ruhlara şəxsiyyət hürriyyət, qeyrət, azadlıq və ideal verdi. Süstlüyü bədənlərdən uzaqlaşdıraraq, qanları coşdurdu. Küfrə, zülmə və haqsızlığa qarşı mübarizə ruhunu dirçəldib təzədən həyata qaytardı. İslam dünyasının nicatı və müsəlmanların zülmün, istibdadın əsarətindən xilas olması üçün öz canını, malını və bütün varlığını təhlükəyə atdı.  İmam Hüseyn təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə şəhadəti könüllü olaraq seçməyi aşıladı.
Başqa sözlə desək o, İslam cəmiyyətinə ləyaqət verdi.

Matəm mərasimlərinin hikməti və İmam Hüseynə ağlamaq

Məsum imamlar bu mərasimlərin keçirilməsini təkidlə tövsiyə etmiş, və beləcə Kərbala və Aşuranın unudulmasına imkan verməmişlər. İmam Səccad Kərbəla faciəsindən  sonra iyirmi il ərzində daim ağlamış və matəm məclisləri keçirmişdir. İmam Baqir yaşadığı dövrdə matəm mərasimləri keçirməklə yanaşı, şəhadətindən sonra da İmam Hüseyn üçün on il müddətində hər il Mina bölgəsində mərsiyə və ağılar oxunmasını vəsiyyət etmişdir. İmamın bu mərasimlərin xüsusilə Həcc mövsümündə həm də Minada keçirilməsini istəməsi bu əməlin həm mənəvi həm də siyasi olduğunu göstərir. Çünki bu mərasimlərdə qiyamın hədəfləri açıqlanacaq, dövrün zalım və qəsbkarlarının törətdiyi fitnə və fəsadlar bəyan ediləcək, hacılar İmam Hüseynin həqiqi hədəfinin nə olduğunu öyrənəcək və öz vətənlərinə döndükləri zaman Kərbəla həqiqətlərini həmvətənlərinə izah edəcəklər. Bununla da insanlar haqq və batilin mahiyyətini öyrənəcəklər.
Matəm mərasimlərinin məqsəd və hikmətlərini aşağıdakı kimi sıralamaq olar.
1.            Bu mərasimlər, İmamın qiyamının fəlsəfəsini dərk etmək və dövrünün zalım və qəsbkarlarına qarşı necə mübarizə apardığını öyrənməklə dövrümüzün  zalımlarına, şər qüvvələrinə qarşı ilahi vəzifənin nə olduğunun fərqinə varıb, nə cür hərəkət etməyin lüzumunu anlamaq üçün keçirilir.
2.            Bu mərasimlər, İmam Hüseynin neçə əsr bundan qabaq İslamın yox olmaması, insanların hür və azad yaşamaları üçün gerçəkləşdirdiyi qiyamı yaşatmaq və gələcək nəsillərə çatdırıb, onlara qəhrəmanlıq, şəhadət dərsi vermək üçündür. Çünki, qurumaqda olan İslam ağacını qanı ilə suvaran, unudulmuş Quran ehkamını dirçəltmək üçün canını, malını, bütün varlığını bu yolda fəda edən peyğəmbər nəvəsinin xatirəsi canlı tutulmalıdır.
3.            Bu matəm mərasimləri haqq yoluna mübariz qüvvələrin vəhdət və birliyinə xidmət edib, zalımlara qarşı müharibədə səfərbər olmalarını təmin edir.
4.             Kərbəla və Aşura bütün hürriyyət döyüşçüləri üçün bir simvol, İmam Hüseyn isə ali bir rəhbərdir. Bu ilahi simvolların yaşadılması, ilham qaynağı olan  İmam Hüseynin tanınması üçün bu mərasimlərin keçirilməsi zəruridir.
5.            Bu mərasimlər sinəzən, mərsiyə və ağıları ilə İmam Hüseynlə qəlb rabitəsi qurmanı təmin edir.
Kərbəla müsibəti – Peyğəmbərimizin əziz nəvəsi İmam Hüseynin tərəfdarları ilə birgə haqq və ədalət uğrunda şəhid edilməsi - kədərli tarix olmaqla yanaşı, həm də qəhrəmanlıq və mübarizə məktəbidir. Bu məktəbin dərslərini bütün müsəlmanlar keçməlidir. Ona görə ki, İmam Hüseyn məzhəb, təriqət və millət fərqi olmadan bütöv İslam dünyasının, müsəlmanların sağlam gələcəyi, keçmişdən nəticə çıxarmaları üçün Kərbəla məktəbini yaradıb. Deməli, onunla bağlı təbliğat elə aparılmalıdır ki, müsəlmanlar arasında, konkret desək, şiələrlə sünnilər arasında həmrəyliyə xələl gəlməsin, əksinə, bu həmrəylik daha da möhkəmlənsin. Yalnız belə olan halda məhərrəmlik bütün müsəlmanlar üçün ortaq dəyərə çevrilə bilər. 
 
Mahir Qəniyev
DQİDK-nın əməkdaşı
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Məhərrəmliyin tarixi, mahiyyəti