Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam və ətraf mühit

İnsanın dünyada öz mövqeyini və amalını dərk etməsi, ətraf aləmlə ədalətli və düzgün davranışı onun şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Ətraf mühit – Allah-Təalanın ucalığını və kamilliyini mükəmməl şəkildə təzahür etdirən dünyadır və onun mühafizəsi barədə düşünmək inanclı şəxsin müqəddəs vəzifəsidir. Təbiətdə ilahi nizam-intizamın mövcudluğu Qurani-Kərimdə dəfələrlə vurğulanmışdır. Ətraf aləmdən sui-istifadə, kainat qanunlarına etinasızlıq nümayiş etdirməyin çox ağır və şiddətli nəticələri göstərilmişdir: “Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı)” (“əl-Muminun” surəsi, 71).
İnsanın həyat fəaliyyəti ekoloji təhlükəsizlik məsələsi ilə qarşılıqlı əlaqəlidir. İslam iqtisadi və ya texnoloji inkişafın əleyhinə deyil. Dinimiz ekoloji tarazlığın qorunması şəraitində texnoloji tərəqqini dəstəkləyir:“(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə məlumdur)” (“əl-Hicr” surəsi, 21).
Lakin bu fəaliyyət təbiətin mövcud balansını pozursa, təbiət sərt cavab verir: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər” (“əş-Şura” surəsi, 30).
Dövrümüzdə ciddi qlobal problemə çevrilmiş ekoloji böhran digər təhlükələrə səbəb olma riskini artırmaqla yanaşı, təbiət resurslarının tükənməsi tendensiyası dünya iqtisadiyyatının inkişafına nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərmişdir. Sözsüz ki, göstərilən problemlər antropogen mahiyyət kəsb edir və buna görə də İslam onların həllini insan fəaliyyətinin müəyyən məqsədə yönəldilməsində və ekoloji mədəniyyətin dəyərlər sisteminin formalaşdırılmasında görür. Qurani-Kərim insana özü və ətrafında baş verənlərlə bağlı məsuliyyət daşımağı təlqin edir: “Hər hansı bir qövm (toplum) nəfslərində olanları (daxilindəki gözəl əxlaqi məziyyətləri) dəyişmədikcə, Allah da onlarda olanları dəyişməz. (Bir millət tövrünü dəyişmədikcə, Allah da ona verdiyi neməti dəyişməz)” (“ər-Rad” surəsi, 11).
İslam ətraf mühiti insan həyatının təmin edilməsi üçün qaynaq və ya vasitə kimi nəzərdən keçirir və insan da, öz növbəsində, ona cavabdehlik daşıyır. Onlarla ayədə təbiət hadisələri barədə düşünməyə və canlı aləmlə təbiət arasındakı əlaqəni öyrənməyə çağırış vardır. Quran təbiətlə insan arasında rasional qarşılıqlı əlaqəni təbliğ edir və yalnız bunun sayəsində cəmiyyətin mütərəqqi inkişafını qəbul edir: “(Allah Yer kürəsini möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı” (“ən-Nəhl surəsi”, 15).
İslam hüququ Quran ayələrinə və hədislərə əsaslanır. Şübhəsiz ki, onlar müasir hüquqi sənədlərdən formaca fərqlənirlər. Lakin ayə və hədislərdə insan fəaliyyətinin mümkün sərhədləri dəqiq və aydın şəkildə müəyyənləşdirilmişdir ki, onun heç bir şəraitdə pozulmaması zəruridir. İslam alimləri isə onlardan təbiətin heyvanat aləmi və su resurslarının istifadə aspektləri barədə qanunlar hasil etmişlər. Şəriət qanunları ekosistemə və təbiətə müdaxilədə, meşə massivlərinin məhv edilməsi, içməli su ehtiyatlarının çirkləndirilməsi məsələlərində insanların hüquqlarını məhdudlaşdırır.
İnsanın bəşəriyyətin mövcud məxluqat iyerarxiyasında ən yüksək zirvədə olmasına baxmayaraq, bu zirvəni saxlamaq üçün o, kainat qanunlarına hörmət etməlidir. Qurani-Kərimdə xatırladıldığı kimi, insanlar Allah-Təalanın xəlq etdiklərinin yalnız kiçik bir zərrəsidir: “Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz!” (“əl-Mumin” surəsi, 57). Bu ayə ilə İslam bildirir ki, insanın yaratmadığı dünyanı məhv etməyə ixtiyarı yoxdur.
Ətraf mühitə qayğıkeş münasibət İslam mədəniyyətinin tərkib hissəsidir. Müsəlman dini inancını dərk edən andan etibarən ətraf mühiti sevməyi və onu qorumağı özünə təlqin edir. Belə ki, hələ uşaq ikən, namaz qılmaq və dəstəmaz almaq qaydalarına yiyələnərkən suya hörmətlə yanaşmağı, onu israf etməməyin vacibliyini dərk edir. Qurani-Kərim bu barədə bildirir: “Həqiqətən, (mal-dövlətini bihudə yerə) dağıdıb səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (“əl-İsra” surəsi, 27).
İslamda su resurslarının israf edilməməsinin zəruriliyi bütün canlı aləmin su ilə bağlı olması ilə əlaqədardır. Şirin su mənbələrinin mövcudluğu İslamda ilahi mərhəmət və şəfqətin göstəricisi kimi izah edilir: “Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki, Onunla ölü bir yerə can verək, yaratdığımız neçə-neçə heyvanlar və insanları sirab edək!” (“əl-Furqan” surəsi, 48-49).
Quranın çoxsaylı ayələrində Yer kürəsində həyatın mövcudluğunun əsas şərtlərindən olan – bioloji müxtəliflik barədə göstərişə rast gəlmək mümkündür: “Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl bitkilər (meyvələr) yerləşdirdiyimizi görmürlərmi?” (“əş-Şura” surəsi, 7).
Planetimizin flora və fauna aləmi, hətta mikroorqanizmlər insanların rifahına xidmət etmək üçün yaradılmışlar. Onların cəm şəkildə mövcudluğu ilahi yaradılışın harmoniyasıdır: “Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik” (“əl-Hicr” surəsi, 19).
Yer kürəsinin bioloji müxtəlifliyinin qorunması barədə İslam peyğəmbərinin (s) çox sayda hədisləri var. Belə hədislərin birində deyilir: “Məbədləri yıxmayın, ağacları kəsməyin, heyvanları öldürməyin, sərvətləri isə  hədər etməyin!” (“Səhihi-Buxari”)
Həzrət Məhəmməd (s) insanları daim ağac əkməyə çağırmışdır. “Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbirli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onun üçün bir sədəqə yazılar”. (“Kənzül-Ümmal”)
 Həzrət Peyğmbərimiz (s) heyvanlarla mərhəmətli davranmağı təbliğ etmişdir. Hz.Məhəmməd (s) Hz.Aişəyə xitabən: “Heyvanla mülayim davran! Çünki mülayimlik harada olarsa, oranı gözəlləşdirir. Mülayim olmayan davranış pisdir” buyurmuşdur. (Müslim, Birr, 78-79)
Kainatın mühüm tərkib hissəsi kimi insan təbiət amilləri ilə qarşılıqlı təsirdə yaşayır və inkişaf edir. Yaşamaq üçün ona lazım olan bütün nemətləri təbiətdən almasına baxmayaraq, bu sərvətlərdən yüz illərdən bəri kor-koranə istifadə edilməsi nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir. Yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətbiqi və istehsalın genişlənməsi ətraf mühitə antropogen təsirin artmasına səbəb olmuşdur.
Ekoloji problemlər hazırda miqyası və ciddi fəsadları cəhətdən bəşəriyyətin qlobal xarakterli  problemləri içərisində müharibə və tərki-silah məsələsindən sonra ikinci yerdədir. Bu problemlər təbiətdən düzgün istifadə edilməməsinin nəticəsində meydana gəlmişdir. Ekoloji problemlərin aradan qaldırılması yalnız bütün dünya dövlətlərinin birgə əməkdaşlığı və səyi nəticəsində mümkündür. Lakin bu yolda atılacaq ilk addım insanlarda ekoloji dünyagörüşünün formalaşmasına nail olmaqdır. Ekologiyanın mühüm problemlərinin həlli yolunda, ətraf mühitin mühafizəsində hər kəs fəal və səmərəli fəaliyyət göstərməlidir.  
Dinimizin xüsusi diqqət ayırdığı ətraf mühitin qorunması zaman keçdikcə öz aktuallığını yüksək templə artırmaqdadır. Çünki bəşəriyyətin gələcəkdə mövcudluğu bu sahədəki problemlərin vaxtında, ardıcıl şəkildə aradan qaldırılmasından asılıdır.
 
Aqşin Axundov
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam və ətraf mühit